Yay fəsli başladı

14:35 21-06-2018 | icon 323 | Gündəm
Yay fəsli başladı

Martın 20-də Bakı vaxtı ilə saat 20:15-dən ölkəmizə qədəm qoyan yaz fəsli bu gün 14:07-dən etibarən yay fəsli ilə əvəz olunub.

 

AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Versus.Az-a verdiyi məlumata görə, həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.

 

Alim bildirib ki, yay fəslinin gəldiyi 21 iyun tarixində Şimal yarımkürəsində ən uzun gündüz (14 saat 43 dəqiqə) və ən qısa gecə yaşanacaq. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq. İyunun 22-dən etibarən isə gündüzlər qısalmağa, gecələr isə uzanmağa başlayacaq. Bu proses 21 sentyabr tarixinədək davam edəcək.

 

Qeyd edək ki, bu il Azərbaycanda payız fəsli sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:54-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) başlanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Qüdrət Həsənquliyevdən növbəti ŞOK SÖZLƏR:

Əlilliyi olan qadınlara texniki dəstək verildi

Ərdoğan ermənilər haqqında QƏRAR VERDİ: “deportasiya...

Partiya sədrindən maraqlı təklif

"Şəhidlərimiz qaboyla deyil, Quranla yad edilməlidir"

“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Ana dilim - ƏZƏMƏTİN QƏLƏBƏSİ

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

İçimizdə kök atmış Təpkisizlik...

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ

Metrodan istifadə edənlər, xəbər var