Azərbaycan Aİ ilə yeni tərəfdaşlıq sazişi hazırlayır

16:36 22-06-2018 | icon 178 | Siyasət
Azərbaycan Aİ ilə yeni tərəfdaşlıq sazişi hazırlayır

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə 2020-ci ilədək əməkdaşlıq haqqında yeni tərəfdaşlıq sazişi hazırlayır.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasında GEANT multigiqabit şəbəkəsinin roluna həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini bildirib ki, sənəddə əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən elm və təhsil sahəsində əməkdaşlıq əks olunacaq:

 

“Sənəd üzərində iş yaxın günlərdə başa çatacaq və iyul ayında Aİ-ə baxış üşün təqdim ediləcək”.

Nazir müavini qeyd edib ki, Azərbaycanla Aİ arasında müxtəlif sahələri əhatə edən bir çox sənəd imzalanıb:

 

“Azərbaycanla Avropanın əməkdaşlığı müsbət səviyyədə davam edir. İndi yeni strateji sazişin hazırlanması ilə bağlı danışıqlar aparılır. Bu, üç hissədən ibarətdir: siyasət və təhlükəsizlik, ticarət və investisiyalar, üçüncüsü sektoral istiqamət. Bu, öz növbəsində, energetika, iqtisadiyyat, nəqliyyat, elm və digər sahələri əhatə edir”.

 

M.Məmməd-Quliyev əlavə edib ki, Azərbaycan tərəfi bu strateji sənədə digər tərəfdaş sazişləri vasitəsilə diqqət cəlb etməyə çalışacaq ki, bu sazişlərdən biri də 2020-ci ilədək tərəfdaşlıq sənədidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib