Türkiyədən demokratiya dərsi

07:38 25-06-2018 | icon 30 | Dünya
Türkiyədən demokratiya dərsi

"Türkiyə bütün dünyaya demokratiya dərsi verdi".

 

Versus.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda "Cumhur İttifakı" adlanan blokun tərəfdaşları qarşısında çıxış edərkən deyib.

 

Ərdoğan qeyd edib ki, 90 faizlik seçici fəallığı çox vacib amildir:

 

"Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Artıq bütün siyası polemikaları kənarda qoymaq və Türkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı gəldi."

Ərdoğan həmçinin bildirib ki, ölkədə bütün sahələrdə islahatlar davam etdiriləcək.

 

Qeyd edək ki, bülletenlərin ilkin hesablanması görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçicilərin səslərinin 53,16%-i toplayıb.

Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Məhərrəm İncə - 30,54% səs, yeni qurulan «İyi parti»nin namizədi Meral Akşener 7,47%, Demokrat Xalq Partiyasının (HDP) namizədi Səlaheddin Dəmirtaş - 7,78%, “Səadət" partiyasının (SP) namizədi - Temel Karamollaoğlu 0,90% və "Vətən" partiyasının namizədi - Doğu Perinçek 0,20% səs toplayıb.

Həmçinin, parlament seçkilərində "Cumhur İttifakı" adlı blok (Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkət Partiyası [MHP]) 54,22% səslə liderlik edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib