"Bu televiziya kanalları fəaliyyətlərini reytinq üzərində qururlar"

11:09 29-06-2018 | icon 39 | Gündəm
"Bu televiziya kanalları fəaliyyətlərini reytinq üzərində qururlar"

Özəl televiziya kanallarında bayağı verilişlər hələ də bizi narahat edən amildir.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

 

N.Məhərrəmli bildirib ki, özəl telekanallardakı verilişlərdə bayağılıq, proqramların səviyyəsinin qənaətbəxş olmaması düşündürücü faktordur.

Şura sədri qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərini reytinq üzərində qururlar. Bayağı verilişlər də reytinq yığırsa, onda televiziyalar belə proqramlara üstünlük verirlər:

 

“Milli Televiziya və Radio Şurasının televiziyaların yaradıcılıq siyasətinə qarışmaq ixtiyarı yoxdu. Cəmiyyət bu sahədə dəyişikliyi bizdən gözləyir, amma insanlar özü də bu proseslərdə iştirak edir. O verilişlərdə tamaşaçı və ya qonaq kimi iştirak edən, o verilişlərə baxaraq reytinq qazandıran insanlar da hamısı cəmiyyətin üzvləridir. Həmin verilişləri xoşlamayan və bağlanmasını istəyənlər də cəmiyyətin digər üzvləridir. Amma Şura qanun çərçivəsində iş görür, hazırda bizə belə bir səlahiyyət verilmir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib