Hərbi liseylərdə təhsil müddəti azaldıldı

11:07 29-06-2018 | icon 27 | Cəmiyyət
Hərbi liseylərdə təhsil müddəti azaldıldı

“Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli 274 nömrəli qərarında dəyişikliklər edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, liseydə təhsil müddəti bir il azaldılıb və bu müddət 2 il olmaqla ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edir.

 

Liseyə daxil olmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılır.

Liseyə qəbul biliyin qiymətləndirilməsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

"Süni əngəl və maneələrə yol verilməməlidir"

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”