"Kimsə evini, qarajını məscid kimi istifadə edə bilməz"

12:19 29-06-2018 | icon 19 | Cəmiyyət
"Kimsə evini, qarajını məscid kimi istifadə edə bilməz"

"Təəssüf ki, məscidlərdən kənarda da Quranı tədris edən kurslar olur. Bəzən bunun qarşısını alarkən belə mənalandırırlar ki, guya Quran kurslarının açılmasını istəmirik".

 

Versus.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda keçirilən respublika müşavirəsində çıxışı zamanı deyib.

O bildirib ki, Quran və digər müqəddəs dini kitabların öyrədilməsi, belə kursların açılması qanunvericiliyin tələblərinə uyğun olmalıdır:

 

"Quran kurslarının açılması üçün Qafqaz Müsəlmanları İdarəsindən icazə alınmalıdır. Təəssüf ki, bu gün məscidlərdən kənarda qanunsuz dini fəaliyyətlərin aparılması halları var. Bəzi şəxslər qarajını, bəziləri isə evini məscidə çevirmək istəyirlər. Kimsə evini, qarajını məscid kimi istifadə edə bilməz".

 

G.İsmayılov qeyd edib ki, qanunsuz dini fəaliyyətlərin qarşısı alınır və bundan sonra da alınacaq.

Komitə rəsmisi onu da əlavə edib ki, ölkədə xaricdən gələn kimsənin dini təbliğat aparması yolverilməzdir və bunun qarşısı alınır:

 

"Əsas problem odur ki, dini icmaların böyük əksəriyyəti "Dini etiqad azadlığı" haqqında qanunla və nizamnamə ilə tanış deyillər. Bu, həm islam, həm də qeyri-islam dini icmalarında olur".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”