Vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

16:29 29-06-2018 | icon 157 | Gündəm
Vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək

Azərbaycanda sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

 

Layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı bir neçə dəfə dəyişdirilib.

Onun sözlərinə görə, buna səbəb isə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün lazımi avadanlığın olmaması idi:

 

“Artıq bu avadanlıq Azərbaycana gətirilib və ölkənin 10 regionunda quraşdırılıb”.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

"WhatsApp"da problem yaranıb

Prezident onları əfv etdi - SİYAHI