1 nəfər öldü, 2 nəfər yaralandı

16:39 29-06-2018 | icon 20 | Hadisə
1 nəfər öldü, 2 nəfər yaralandı

Abşeron rayonunda ağır yol qəzası baş verib.

 

Versus.Az xəbər verir ki, hadisə rayonun Digah-Mehdiabad yolunda baş verib.

Mehdiabad qəsəbəsindən Digah istiqamətində hərəkətdə olan Şərifov Ağa Manaf oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan və ötmə əməliyyatı aparan 1991-ci il təvəllüdlü Xudiyev Natiq Əlirza oğlunun idarə etdiyi "Lada" markalı avtomobillə toqquşub.

 

Hadisə nəticəsində "Lada" markalı avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü İbrahimov Vaqif İbrahim oğlu hadisə yerində ölüb, sürücü və digər sərnişin Xudiyev Azad Azər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Abşeron rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib