"Azərbaycanın dünya elminə verdiyi töhfələr çox deyil"

16:59 29-06-2018 | icon 38 | Cəmiyyət
"Azərbaycanın dünya elminə verdiyi töhfələr çox deyil"

"Etiraf etmək lazımdır ki, Azərbaycanın dünya elminə verdiyi töhfələr çox deyil".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

 

A.Əlizadənin sözlərinə görə, növbəti 5 il ərzində Azərbaycanın dünya elmində yer tutması üçün işlər aparılacaq, neft geologiyası, fizika, riyaziyyat, informasiya texnologiyaları, nanotexnologiya sahəsinə böyük diqqət yetiriləcək:

"Akademiyada indiyədək nanotexnologiyalar sahəsində ciddi müzakirələr aparılmayıb. Ölkədə nanotexnologiyalar sahəsi üzrə tədqiqatlara üstünlük verilməlidir".

 

AMEA prezidenti deyib ki, Azərbaycan alimləri meqalayihələrdə iştirak edə bilərlər:

"Məsələn, palçıq vulkanları ilə bağlı böyük layihələr həyata keçirmək olar. Bu sahəyə böyük maraq var".

 

A.Əlizadə bildirib ki, robot texnologiyası sahəsində də tədqiqatlar aparmaq olar.

Akademiya prezidentinin sözlərinə görə, dünya elmi süni intellektin inkişafı ilə bağlı tədqiqatlara üstünlük verir və Azərbaycan alimləri də bu prosesdən kənarda qalmamalıdırlar.

 

Akademik əlavə edib ki, 21-ci əsrdə ətraf mühit məsələləri bütün dünya elminin marağında olsa da, AMEA-da bu sahə kompleks şəkildə öyrənilmir:

 

"Akademiyada ətraf mühit məsələlərini adda-budda kimsə öyrənir, amma prioritet yoxdur. Bəlkə də fiziklər, geoloqlar bu sahəni öz üzərinə götürə bilər".

 

A.Əlizadə əlavə edib ki, yaxın vaxtlarda AMEA Strateji Araşdırmalar Mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəz vasitəsilə tədqiqat işləri genişləndiriləcək:

"Akademiyada magistratura, doktorantura üzrə qəbul aparılır, amma bakalavr pilləsinə yox. Biz bakalavr pilləsinə də qəbul apara bilsək, təhsilin pillələri arasında zəncirvari əlaqəni yarada biləcəyik".

 

A.Əlizadə qeyd edib ki, elmin inkişafının doktrinasını yaratmaq lazımdır:

"Bunun üçün bizə tapşırıqlar verilib. Azərbaycan elminin inkişafı üçün bu doktrina təsdiqlənməlidir".

 

AMEA prezidenti qeyd edib ki, bu il akademiyada yalnız əməkhaqları üçün maliyyələşmə olacaq. İnstitutların maliyyələşməsi müsabiqə proqramlarının hesabına baş tutacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib