AMEA Professorlarının Koordinasiya Şurası

17:07 29-06-2018 | icon 19 | Cəmiyyət
AMEA Professorlarının Koordinasiya Şurası

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Professorlarının Koordinasiya Şurası yaradılıb.

 

Versus.Az xəbər verir ki, AMEA prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib ki, şuranın yaradılmasında məqsəd AMEA-nın professorları üçün müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin AMEA professorlarının Akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaqdır.

 

A.Əlizadə qeyd edib ki, AMEA-nın professorlarının qarşısında bir sıra mühüm vəzifələr müəyyən edilib. Onlar bu vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, öz fəaliyyətində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, kadr hazırlığına və tədris prosesində elmi biliklərin və nailiyyətlərin təbliğinə, habelə innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməlidirlər.

 

İclasda Rəyasət Heyətinin qərarı ilə şura yaradılıb, əsasnaməsinin hazırlanması barədə tapşırıq verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib