“Müqəddəs” keşişə və Əvəz Zeynallıya oxunan lənət

19:52 30-06-2018 | icon 66 | Köşə
“Müqəddəs” keşişə və Əvəz Zeynallıya oxunan lənət

 

İGİD TEYMURLU

 

İndi də ƏVƏZ ZEYNALLInın ucbatından yaxam çəydə (bu sözü rəhmətlik CİCƏMin leksikonundan götürmüşəm, heç gerçək mənasını da bilmirəm) qalıb. “İnkişaf etmiş ölkə”də yaşasaq da, yayın bu cırhacırında “pasyolka”ya su xətti çəkilmədiyindən və marşrutumiz olmadığından əlimə iki vedrə götürüb yol aldım 2 km bizdən uzaqda olan "SU KRANTI"nın (kim deyər o hansı deputat idi ki, qrant haqqında qanun qəbul ediləndə onu su krantı kimi dəyərləndirib doyunca gülmüş və hələ  sual verən jurnalisti də ikrah dolu baxışlarla da süzmüşdü?) yanına. Öncə (baxın haa, a millət,, siz jurnalistlərə baxmayın, “ilk öncə” demək həzrət Abbas haqqı batildir) telefona əl atıb, dişimin dibindən çıxana aidiyyatı strukturları qonaq etmək istədim. Haradaydı, telefon var ki? Kəndçimiz Əşfa demişkən, bizi telefonsuz qoyanların dədəbədədələrinin ruhuna savramenni dualar edib çıxdım yola. Neynəyim, bizdən olmayanların ucbatından BİZə olan zülmə görə əhli-əyalı yollarda əsir-yesir edəsi deyiləm ki? Kimdi günahkar, siz deyin?

 

HAŞİYƏ: Yardımlıların çoxu çənədın möhkəm olduqları üçün çox da danışandılar. Bax elə biri mən. AMMA YOOOX. Ərz edim ki, bizim çox danışmağımız heç də ona dəlalət eləmir ki, biz çox danışanıq. Qaqaş, biz çox danışmırıq, sadəcə olaraq, yüz dəfələrələ deyilən, eşidilən şeyləri görməzliyə, eşitməzliyə vuran adamları görəndə bax biz yardımlılar nə zəhmətə, nə də xəcalətə baxıb olanları haqqın naminə yenə də anlatmağa çalışırıq...

 

Həəəəə, bax bu "30 İYUN - SEVGİLİLƏR GÜNÜ" var haaa, bu da, o qəbildəndir. Azərbaycanda da bu günü ərsəyə gətirən  jurnalist  ƏVƏZ ZEYNALLI olub. Amma o, indini bilmirəm, axır vaxtlara qədər "Zeynallı" deyildi haa, bunu da biləsiniz. Soyad sonluqlarının dəyişdirilməsi məsələsinə (genə də yardımlılığım tutdu deyəsən) Əvəz Zeynallının özü də ittiham etdikləri qədərində yanaşıb, ondan artığına yox!!!

 

30 Aprel tarixi də 20 Yanvar Şəhidi İlhamla və onun ölümünə dözməyərək intihar edən Fərizənin səhv etmirəmsə evləndikləri gündür. Əvəz də məhz bu günü Azərbaycanda "Sevgililər Günü" kimi qeyd etmək üçün o zaman başladı dəridən-qabıqdan çıxmağa...

 

Yazıq Oğlan lap əldən düşmüşdü. Bu konuda Ona ilk dayaq duranlar da “Xural”çılar və mərhumların qohumları oldular... Sonradan başqa şeylər vaqe oldu, Əvəz türmə həyatı da yaşadı. Radikal müxalifətin “siyasi məhbus” alətinə çevrildi.. Türmə həyatı ona bu zamanlarda həm də əlavə bir dərd oldu. Dözdü, durdu və yıxılmadan ayağa durdu. Türmədən çıxanda ilk sevinənlərdən biri də mən oldum, müstəqil mətbuatımıza gözaydınlığı verdim...

 

Türmə həyatından sonra Əvəz bəy özünə gəlsə də, qarşılığında müstəqil mətbuatımızın vücudu sısqalaşdı, cılızlaşdı, balacalaşdı, əvvəlkinin əvəzini verə bilmədi...

 

Əvəz Zeynallı öz itirdiyi kilosunu geri qaytardıqca bütövlükdə mətbuatın çəkisi azaldı, söz bazarında cəmiyyətə yalanlar sırındı, tərəziyə haram qatıldı...Halal, haramın itdiyi bir sferada Əvəz yenə də öz mücadiləsini edərək hər ilin 30 iyun tarixini ən azından öz Dostları, ailəsi, qohum əqrəbasıyla birgə "Sevgililər Günü" kimi qeyd etdi və indi də etməkdədi...

 

Hə, indi qayıdıram su....Əstəğfürullah, yooox, nəsə düz gəlmədi e....

Belə deyək də, indi təzədən qayıdıram o məsələyə ki, "inkişaf etmiş ölkə" vətəndaşı olaraq əlimə 2 vedrə götürüb paytaxt Bakının əyri-üyrü, tozlu-buğanaqlı  və dolanbac yollarıyla “Azərsu” rəsmilərinin yeddi arxa dönəninin ünvanına gerçək vəziyyətimizin doğurduğu sözlərdən söyləməklə yollandım su gətirməyə...

 

Sağ olsun(mu) bəzi Kişilər, bu bürküdə heç özləri də çölə çıxmır, ailə, uşaqlarını həmin 2 kim-lik məsafəyə su dalınca göndərirlər. Mən o kişilərin yerinə utanmaqdan yediklərimin də yarısından çoxunu zay edirəm (baax, deyəsən yenə yardımlılığım tutur haa)...

 

Qərəz, nə başınızı ağrıdım, yol gedən xanım qonşularıma elə təzəcə “"Sevgililər Günü" bayramınız mübarək olsun” deyib, az da olsa çəkdikləri iztirabları onlara unutdurmağa çalışırdım ki, eşidiyim mızıltı müqabilində də dərhal başladım həm ƏVƏZ ZEYNALLIYA, HƏM DƏ İGİD TEYMURLUYA LƏNƏT OXUMAĞA. Görün o xanımın mənə olan cavabı nə idi: "Qıza, bı da diyəsən bizi ələ saley e, səfey... oğli"...

 

Mən də onu eşidən kimi həm dini, həm mənəvi, həm də etik baxımdan qüsurlu olsa belə özümdən də asılı olmayaraq "Allah sənə lənət eləsin Əvəz Zeynallı!" dedim. Olanı deyirəm, indi Əvəz bəy istəyir məni söysün, istəyir də qarğışlasın, özü bilər. ..

Amma yolboyu mənim qanımı qaraldan o xanıma onun bildiyi 14 fevral tarixinin gerçəklərini ən xırda detallarına qədər loru dillə anladıb “qisas”ımı almağa çalışırdım. Və aldım da o “qisas”ı. Başladım Roma tarixindən gəlib çıxdım özünü məmur kimi aparmayan indiki Xudayar bəyləri zoğal ağaclarının zərbinə qədər nəyi var, birinin üstünə beşini də qoyub danışdım e..Elə bil qurbağa gölünə daş atılmışdı. Axırda hiss etdim ki, nəsə anlada bilmişəm. Çünki, o xanımın yoldaşlarının onu mühakimə etmələrindən hiss etdim bunu...

Həəə, adama anlatdıqlarımı virtual dostlarıma da bildirirəm ki, 14 fevral tarixində təbrik qələti eliyəndə çəydə qalan yaxamı buraxsınlar, gedib Əvəzi Haqqın Divanına çəksinlər. Və bunu çəkməyə haqları varmı?..

 

Deməli belə...Poma imperiyasının cəfəng iddialarının çoşduğu və bu cəfəng iddialarıyla gerçək durumlarının tərs mütənasib olan vaxtlarıydı. Əsgərlərini evə buraxmaqla sayını azaltmaq və əsgərlərinin seksual yaxınlıq ucbatından zəifləməmələri üçün həmin bu Valentin adlı keşiş imperatora yol göstərir ki, bəs əsgərləri evə buraxma, qoy onlar öz ailələri, öz sevgililəri ilə görüşməsinlər. Qərar qəbul edilir. Nəticədə o baş verir ki, orduda homoseksualizm baş qaldırır və Valentin də buna dini don geyindirərək homoseksualizmə, lesbiyankalığa haqq qazandırır. Hətta özü də əsgərlərlə intim münasibətlərdə olur. Səhv etmirəmsə imperator da ona yol göstərdiyinə görə öz qızını buna verməyi qərara alıbmış. Sonradan homoiseksullaşan Valentinlə imperator qızı arasında dini nigahın bağlandığı 14 fevral tarixini Sevgililər Günü kimi qeyd edirlər. Homoseksualist Valentinin sevgilisi də başqa yolun yolçusuna çevrilir. Orduda və bütün Romada baş verən bu əxlaqsızlığı ört-basdır etmək üçün ən optimal variant kimi Valentinin “müqəddəsləşdirilməsi” yolu seçilir. Çünki belə olan halda heç kim bir “müqəddəs”in ünvanına “hədyanlar” yağdıra bilməyəcəkdi...

 

Və belə də olur. Əsrlər ötdükcə bu tarixə münasibətdə katolik kilsəsi daha cəzbedici ştrixlər əlavə etməklə kilsə əxlaqsızlığını dünyanın gözündə sevgiyə oxunan serenada kimi təqdim edir...

 

Ancaq nəhayətdə ötən əsrin 60-cı illərində Valentinin əxlaqsızlığı kilsə tərəfindən də etiraf olunur və Roma katolik kilsəsi özünün 400-dən çox “müqəddəslər”inin siyahısından homoseksualist keşişin adını çıxarır. “14 fevral – Sevgililər Günü”nün Romada keçirilməsini rəsmən ləğv edir...

 

Bax indi mən neyneyim. Sonra da deyirlər ki, yardımlılar çənədən möhkəmdi e, çox danışandılar. Axı mən bunu hər il deyib, hər il də yazıram. Çifayda, 14 fevralda bulvara çıxan kimi milli Valentinlərimizin öz sevgililərini qucaqlayıb əxlaqsızcasına bir-birinə sarmaşmasını görəndə mən də Qızbəs kimi “a səfey köpəy oğlu sizdəmi homoseksualistsinizmi ki, o keşişin gününü yad edirsiniz” demək istəyirəm. Gör dünyanın harasıdır ki, ə kişi, Romanın özü bu bayramı qadağan edir, ama Binədə Qızbəs o bayrama görə mənə o sözü deyib cigərimi dağlayır. İndi siz deyin kimdir haqlı: İgidmi, Əvəzmi, Romamı, Valentinmi, yoxsa Qızbəsmi?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

37 saylı məktəb Laçın rayonu üzrə ən yüksən nəticə göstərib

Solo konsert baş tutdu

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

İlyas İsmayılovun oğlu öldürüldü

ALDP-də türk və Azərbaycan şəhidləri yad edilib

Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 100

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

“Qar kölgəsi” ətrafında