"Əməkdaşlığımızın genişləndirilməsi üçün imkanlar mövcuddur"

10:36 04-07-2018 | icon 27 | İqtisadiyyat
"Əməkdaşlığımızın genişləndirilməsi üçün imkanlar mövcuddur"

Azərbaycan və Monteneqro müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdirlər.

 

Versus.az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Monteneqronun iqtisadiyyat naziri xanım Draqitsa Sekuliç deyib:

 

"Monteneqro və Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq "Azmont Investments"in "Portonovi" layihəsinə böyük investisiyaları sayəsində məlum faktdır. Turizm və energetikadan əlavə şübhəsiz ki, digər sahələrdədə - ticarət, mədənçıxarma sənayesi, nəqliyyat, kənd təsərrüfatı, elm və təhsil və telekommunikasiya - əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur".

 

Nazir hesab edir ki, İqtisadi Əməkdaşlıq haqqında sazişin və İnvestisiyaların Qarşılıqlı Təşviqi və Qorunması haqqında sazişin reallaşdırılması vasitəsilə Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq daha da genişləndirilə bilər:

 

"Azərbaycan və Monteneqro nümayəndələri arasında mütəmadi keçirilən görüşlərin yekunları üzrə razılaşdırılıb ki, hər iki ölkə investisiya imkanlarını təşviq edəcək və müvafiq müəssisələr arasında mütəmadi əlaqələr vasitəsilə biznes mühitini inkişaf etdirəcək".

 

Nazir qeyd edib ki, Azərbaycandan Monteneqroya investisiyaların həcminin böyük olmasına baxmayaraq iki ölkə arasında əmtəə dövriyyəsi yüksək səviyyədə deyil:

 

"Buna, şübhəsiz, iki ölkənin coğrafi yerləşməsi təsir edir və bunu infrastrukturun yaxşılaşdırılması vasitəsilə aradan qaldırmaq olar. Bununla bağlı qarşılıqlı maraq doğuran layihələrin işlənməsi üçün imkanlar var. Bununla paralel olaraq biz hər iki ölkənin şirkətləri arasında daha sıx əlaqələrin qurulması üzərində birgə işləməliyik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib