Sanki dünyanın sonuymuş kimi...

14:45 04-07-2018 | icon 31 | Kürsü
Sanki dünyanın sonuymuş kimi...

 

ƏLİSAHİB HÜSEYNOV

/DADP sədri/

 

Mingəçevirdə yerləşən İstilik Elektrik Stansiyasında baş verən qəza səbəbindən bütün ölkənin işıqsız qalması günün əsas mövzusudur. Bütün ilkin araşdırmalar və müşahidələr onu göstərir ki, bu, ilk növbədə texnogen xarakterli qəzadır. Yəni ki, burda heç bir xarici ölkənin təxribatından və ya terror aktından, yaxud da, düşmən Ermənistanın hərbi təxribatından söhbət gedə bilməz. Hərçənd ki, Dövlət Komissiyası əsas versiya ilə yanaşı, bütün başqa versiyaların da izlərini araşdıracaq. Lakin çox təəssüflər olsun ki, sözügedən komissiya hələ açıqlama verməyə macal tapmamış, qəfil enerji böhranından sui-istifadə edib cəmiyyətdə siyasi xaos yaratmaq istəyənlər də tapılır. Dövləti sarsıdaraq qeyri-rəsmi quldurlara dəstək olmaq və anarxiya yaratmaq məqsədilə yaşayanların əlinə sanki girəvə düşüb. Biriləri sosial şəbəkələrdə fantaziyanın qıcqırma nöqtəsinə çataraq, hətta Apokalipsis də elan ediblər. Sanki dünyanın sonuymuş kimi.

 

Sözün düzü, mən rəzalətin bu dərəcəsini gözləmirdim. Əslində, biz bu cür fövqəladə vəziyyətlərdə daim milli birlik, dövlət-vətəndaş həmrəyliyi nümayiş etdirməliyik. Hadisələri də olduğundan da artıq şişirdib, cəmiyyəti xaosa sürükləməməliyik. Milləti yalan yerə xaosa sürükləmək ən qorxaq, ən rəzil bir mövqedir. Texnogen qəzalardan heç bir ölkə sığortalanmayıb. Azərbaycan da sığortalanmayıb. Fürsətçilər, araqarışdıranlar, hər cürə daxili problemlərə yol açanlar isə bir anlıq da olsa öz vicdanlarının səsinə qulaq assalar yaxşıdır.

 

Bəylər, Mirzə Fətəli Axundovun məşhur dərviş obrazına girərək Feysbukda Parisi yenidən "partlatmağa" cəhd göstərməkdənsə, ciddi işlə məşğul olmaq haqda düşünün. Heç olmasa, metrostansiyanın çıxışında insanlara pulsuz su paylayıb əsl İNSAN`lıq örnəyi göstərən jurnalistdən nümunə götürün.

Mən partiya sədri olaraq hamımızı dövlətimizin yanında olmağa, Prezident İlham Əliyevə mənəvi dəstək verməyə çağırıram!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib