“Araşdırılsın ki, təmirə ayrılan pullar təyinatı üzrə xərclənibmi”

09:04 05-07-2018 | icon 317 | Siyasət
“Araşdırılsın ki, təmirə ayrılan pullar təyinatı üzrə xərclənibmi”

 

Razi Nurullayev: “Hərəsi özünü bir rayonda, şəhərdə xan elan edib, xalqa əziyyət verməklə məşğuldur”

 

 

“Mingəçevirdə baş verən qəza növbəti bir dərsdir, sınaqdır. Elektrik enerjisinin istehsalına, yeni stansiyaların tikilməsinə və təmir olunmasına böyük dövlət vəsaitləri cəlb edilib, kreditlər alınıb, alınmaqda da davam edir. Bu qəza Azərbaycana baha başa gələ bilərdi. Bu undulacaq və ya üstündən keçiciləcək məsələ deyil”.

 

Versus.Az-ın məlumatına görə, bunu Mingəçevir su elektrik stansiyasında baş verən qəza ilə bağlı açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib.

 

Partiya sədri bildirib ki, istilərin düşməsi səbəbi ilə xətlərin yüklənməsi nəticəsində qəza baş verərsə, gərək onda Afrikada, Dubayda, digər Ərəb ölkələrində, İranda, Hindistanda hər gün qəza baş versin:

 

“Bu, istilər ucbatından deyil, dövlət vəsaitlərinin doğru-dürüst istifadə olunmaması, bəlkə də oğurlanması və ya vaxtında təmir işlərinin aparılmamasıdır. Əgər Mingəçevirdə belə qəza baş verirsə, artıq SOS siqnalıdır. Mingəçvirdə baş verən istənilən qəza, partlayış, təxribat və ya məsuliyyətsizlik ucbatından baş verə biləcək digər hadisələr Azərbaycanı çox pis vəziyyətə sala bilər. Gərək araşdırılsın ki, təmirə ayrılan pullar təyinatı üzrə xərclənibmi? Axı hər şey acgözlük, oğurluq və talançılıq üzündən olur. Ayrılan pulların az qala yarısı oğurlanır, onun üçün də hər şey tez sıradan çıxır. Bakı-Quba yolu çəkildi, 28 il zəmanət verildi. Hanı o yol? O dağıdılan pullara görə kim cavab verəcək? Neçə illərdir ki, heç Bakı şəhərini mərkəzi istilik sistemi ilə təchiz etmək olmur. Adamlar qışda soyuqdan donur. Qazın isə təzyiqi olmur, tez-tez kəsilir və vətəndaşlar idarələrin qapılarında qalır. Çünki qazı oğurlayıb, əyri yollarla başqa təşkilatlara satırlar. Biz o zaman necə fəxr edək ki, xaricə qaz satırıq?”

 

Partiya sədri payız-qış fəsillərində yenə də eyni problemlərin yaşanacağını vurğulayıb. Belə idarəçilik və cəzasıqlığın problemlərin daha da artacağından xəbər verdiyini deyən R.Nurullayev hesab edir ki, birinci növbədə dövlət vəsaitlərinin oğurlanmasına, talanmasına son qoyulmasa, günahkarlar həbsxanalara getməsə və oğurladıqları müsadirə olunmasa, heç nə dəyişməyəcək:

 

“Bunun ağırlığını xalq çəkir, siyasi ağırlığını isə iqtidar çəkəcək. Ayılmaq vaxtıdır! Hərəsi özünü bir rayonda, şəhərdə xan elan edib, xalqa əziyyət verməklə məşğuldur. Mənimsəmə, oğurluq, məsuliyətsizlik və özbaşınalıq pik həddədir.

 

Amma buna dözüm göstərilməyəcək proses də artıq başlayıb. Çox böyük qanunsuzluqlar baş verir, məmur reketçiliyi tüğyan edir. Bir gün hər kəs etdiyi qanunsuzluğa, talançılığa və oğurluğa görə ciddi cəza alacaq”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda möhtəşəm Şimali Kipr günü

Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

17 noyabır bizə nə verdi?

“İndi özünü meydan lideri sayan çoxdur, amma faktiki olaraq biz iki nəfər idik”

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

Bütün növ pensiyalar artırılacaq

21 yaşlı işıqçı Arifin göylərdə sönən işığı

Mahir Abbaszadəyə yüksək vəzifə verildi

“ZİMA” yenə balaca istedadları səsləyir