Turist axınının artımı gözlənilir

10:06 10-07-2018 | icon 95 | İqtisadiyyat
Turist axınının artımı gözlənilir

2018-ci ilin yay mövsümündə Azərbaycana turist axını ötən ilin eyni dövrü ilə müqayisədə artacaq.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, ölkəyə əsas turist axını ərəb ölkələrindən gözlənilir:

 

"Artıq ölkədə, əsasən regionlarda böyük sayda mehmanxana nömrələri bronlanıb. Qəbələ, Şəki və Quba kimi kurort zonaları tam dolub. Turistlər ötən il olduğu kimi bu il də əsasən ərəb ölkələrindən gəlir. Ümumilikdə gözlənilir ki, ərəb ölkələrindən turistlərin sayı digər ölkələrdən gələnlərin sayından çox olacaq. Amma qeyd etmək lazımdır ki, Azərbaycan hər il Avropa, Asiya və Amerikadan gələn turistlər üçün daha çox cəlbedici olur. Bu il Səudiyyə Ərəbistanından turistlərin sayının əhəmiyyətli dərəcədə artacağını gözləyirik. Bunun səbəbi iki ölkə arasında bir neçə birbaşa reysin açılmasıdır".

 

Azərbaycanlı turistlərin əsas gediş istiqamətlərindən danışan N.Bağırov Türkiyə, Gürcüstan və Monteneqronu qeyd edib:

 

"Təyyarə ilə səyahət edən azərbaycanlı turistlər üçün əsas istiqamət Türkiyə, xüsusilə İstanbul, Bodrum, İzmir və Antalyadır. Daha sonra Avropa ölkələri, əsasən də ölkəmizlə birbaşa aviaəlaqəsi olan Monteneqro gəlir. Yerüstü nəqliyyatla səyahət edən turistlərə gəlincə, əsas turist axını bu yay Gürcüstana gedəcək. Bu ilk növbədə onunla bağlıdır ki, Azərbaycan daxilində olan hotel və istirahət mərkəzləri artıq dolub. Gürcüstan isə yerüstü nəqliyyatla getmək mümkün olan ən yaxın ölkədir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda möhtəşəm Şimali Kipr günü

Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

17 noyabır bizə nə verdi?

“İndi özünü meydan lideri sayan çoxdur, amma faktiki olaraq biz iki nəfər idik”

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

Bütün növ pensiyalar artırılacaq

21 yaşlı işıqçı Arifin göylərdə sönən işığı

“ZİMA” yenə balaca istedadları səsləyir