ALDP Gəncədə baş verən hadisələri pisləyir - BƏYANAT

14:38 11-07-2018 | icon 48 | Siyasət
ALDP Gəncədə baş verən hadisələri pisləyir - BƏYANAT

Azərbaycan Liberal Demokrat Partiyasının Gəncə şəhərində baş verən hadisələrə dair bəyanat verib.

 

Versus.Az-ın məlumatına görə, bəyanatda Gəncə şəhərində baş verən hadisələr qətiyyətlə pislənir.

 

Bəyanatda bildirilir:

 

"ALDP olaraq zorakılığın hansı tərəfdən həyata keçirilməsinin fərgini görməyərək pisləyirik və bunu təxribat kimi qiymətləndiririk. Təxribatçılar inanc olanların sıralarına daxil olub Müqəddəs İslam dinindən istifadə edib öz çirkin əməllərini həyata keçiriblər. Bununla da ölkəni xaosa sürükləmək istəyirlər.

 

ALDP olaraq inanclı qardaş və bacılara müraciət edirik ki, bu kimi təxribatlara qetməsinlər. İmkan verməyin ki, bir qrup radikal Müqəddəs İslam dinini ləkələsin. Biz onların qarşısını alıb ifşa etməliyik.

 

ALDP olaraq Azərbaycan vətəndaşlarına müraciət edirik ki, biz Azərbaycan qanunları çərçivəsində demokratiyanın bərqərar olunmasının tərəfindəyik. Demokratik cəmiyyətin qurulması xaos, qarşıdurma, qan tökülməsi ilə yox, Qanunun aliliyilə olur.

 

ALDP olaraq hesab edirik ki, nə qədər ki, demokratik institutların fəaliyyətinə imkan yaranmayacag, QHT, müxalifətdə olan partiyalara münasibət dəyişməyəcək, bizim yerlərimizi belə radikal qruplar tutacaq.

 

ALDP Qanunlar çərçivəsində sivil mübarizınin tərəfdarıdır. Hesab edirik ki, yaxın gələcəkdə Azərbaycanda demokratiyanın bərqərar olduğunun şahidi olacağıq".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib