"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

22:02 11-07-2018 | icon 60 | Siyasət
"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

“İyulun 10-da Gəncədə bir qrup pozucu dəstənin qeyri-qanuni aksiya keçirməyə cəhd göstərməsi Azərbaycanın müstəqilliyinə, sabitliyinə qənim kəsilən düşmən qüvvələrin məkirli planının bir hissəsi idi. Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq şəhərin baş meydanında pozucu aksiyalara cəhd göstərmək, təxribat törətmək, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir”.

 

Versus.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Gəncə şəhərinin deputatı Naqif Həmzəyev dünən İcra Hakimiyyəti qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.


N.Həmzəyev bildirib ki, düşmənin çirkin niyyəti baş tutmadı, polis əməkdaşlarının qətiyyətli tədbirləri nəticəsində qanunsuz aksiyanın qarşısını alındı, iğtişaş iştirakçıları saxlanıldı.

 


“30 dəqiqə ərzində şəhərdə asayiş  tam bərpa edildi. Hazırda hüquq mühafizə orqanları vəziyyətə tam nəzarətdə saxlayır. Əfsuslar olsun ki, pozucu niyyətlərini həyata keçirməyə çalışan radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov şəhid oldular.  Bu gün Gəncə sakinləri matəm içindədirlər. Azərbaycanın müstəqilliyi, dünyəvilyi, sabitliyi uğrunda şəhid olan polis zabitlərimizi son mənzilə yola saldılar. Allahdan şəhidlərimizə rəhmət diləyir, ölkəmizdə stabilliyi pozmaq istəyən qüvvələri lənətləyirəm”.

 

N.Həmzəyev bildirib ki, vətəninə xalqına xəyanət edib terrora əl atanlar bilməlidirlər ki, ölkəmizə uzanan əllər mütləq kəsiləcək.

“Onlar Azərbaycan qanunları qarşısında mütləq cavab verəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

37 saylı məktəb Laçın rayonu üzrə ən yüksən nəticə göstərib

Solo konsert baş tutdu

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

İlyas İsmayılovun oğlu öldürüldü

ALDP-də türk və Azərbaycan şəhidləri yad edilib

Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 100

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

“Qar kölgəsi” ətrafında