"Mediamız dövlətçi mediadır"

12:14 22-07-2018 | icon 122 | KİV
"Mediamız dövlətçi mediadır"

Azərbaycan mediası çox böyük inkişaf yolu keçib, ölkə mediasının hazırkı vəziyyətini 143 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik.

 

Versus.Az xəbər verir ki, bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

 

A.Quliyev bildirib ki, bu illər ərzində Azərbaycan mediası yüksək peşəkarlıq göstəriciləri əldə edib:

 

"Jurnalistlərin sosial vəziyyəti yaxşılaşıb, onların mənzil probleminin həlli yönündə əməli və böyük addımlar atılıb. Mediamızın beynəlxalq inteqrasiya yönümündə fəaliyyətində böyük nəticələr əldə olunub. Mediamızın peşəkarlıq səviyyəsinin artırılması istiqamətində böyük nailiyyətlər var".

 

Baş redaktor vurğulayıb ki, hazırda mətbuatımızın dövlətçilik mənafeləri və vətənpərvərlik prinsiplərini mənimsəməsi yüksək səviyyədədir:

 

"Bir cümlə ilə ifadə etsək, mediamızın bu illər ərzində inkişaf nəticələri qürurvericidir. Ən böyük nəticə isə mediamızın dövlətçi media olmasıdır. Çünki heç zaman Azərbaycan mediası indiki kimi dövlətçi olmayıb. Təbii ki, bu da görülən işlərin nəticəsidir".

 

A.Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin konseptual olaraq həyata keçirdiyi media siyasəti nəticəsində media orqanlarının maddi texniki durumu möhkəmlənib:

 

"Ölkə başçısının sərəncamları ilə bu sahəyə maliyyənin ayrılması, jurnalistlərin mənzillərlə təmin olunması, fərdi yazı müsabiqələrinin keçirilməsi, ehtiyacı olan jurnalistlərə sosial yardım istiqamətində dəstəyin verilməsi ilk növbədə mediamızın dövlətçi mediaya çevrilməsində böyük rol oynayıb".

 

Baş redaktor əlavə edib ki, görülən işlərlə yanaşı, digər tərəfdən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi tədbirlər nəticəsində mediamızla icra hakimiyyəti orqanları arasında işgüzar əlaqələr möhkəmlənib:

 

"Təbii ki, sadalananlar Azərbaycan mediasının keçdiyi inkişaf yolunun yalnız müəyyən ümumi mənzərəsi idi. Deyilən hər fikrin arxasında çox sayda element və detallar var".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda möhtəşəm Şimali Kipr günü

Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

17 noyabır bizə nə verdi?

“İndi özünü meydan lideri sayan çoxdur, amma faktiki olaraq biz iki nəfər idik”

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

Bütün növ pensiyalar artırılacaq

21 yaşlı işıqçı Arifin göylərdə sönən işığı

Mahir Abbaszadəyə yüksək vəzifə verildi

“ZİMA” yenə balaca istedadları səsləyir