Qənirə Paşayeva Antalya valisi və bələdiyyə başqanı ilə görüşüb

11:01 28-07-2018 | icon 52 | Cəmiyyət
Qənirə Paşayeva Antalya valisi və bələdiyyə başqanı ilə görüşüb

 

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalya Böyük Şəhər bələdiyyəsinin başqanı Menderes Türellə görüşüb və turistlərin çox olduğu bu böyük bölgədə Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin, layihələrin artması barədə müzakirələr aparıb.

 

Versus.Az-ın məlumatına görə, görüşdə Antalya Gazeteçiler Cemiyyeti başqanı, Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər.

 

Qənirə Paşayeva çıxışında Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Antalya bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib.

 

Menderes Türelin hər zaman Azərbaycana sevgi ilə yanaşdığını xüsusi vurğulayan millət vəkili Antalya Büyükşehir bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Antalyada Azərbaycanla bağlı küçə, abidələrin daha da artacağına, Azərbaycanla bərabər Türkiyə üçün də böyük xidmətlər göstərmiş böyük ziyalıların xatirəsinə abidə və lövhələrin qoyulacağına inandığını deyib. O, Antalya bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

 

Azərbaycanı sevdiyini deyən Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Antalya bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib.

 

Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Antalya Gazeteçiler Cemiyyeti və Antalya Türk Ocaqlarının dəvəti ilə Antalyaya gəldiyini və tədbirlərdə çıxış edəcəyini deyib:

 

"Antalyada 5 mindən çox Azərbaycanlı yaşayır. Eyni zamanda burada Akdeniz Universitetində çoxlu sayda gəncimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizə təşəkkürümüzü bildiririk".

 

Millət vəkili Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Menderes Türel Azərbaycana məmnuniyyətlə səfər etmək istədiyini deyib.

 

Görüşün sonunda Qənirə Paşayeva Antalya Böyük şəhər bələdiyyə başqanına Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən materiallar hədiyyə edib. O da millət vəkilinə Antalyanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

 

Qənirə Paşayeva Antalya valisi Munir Karaloğlu ilə də görüşüb. Görüşdə Antalya Gazeteçiler Cemiyyeti başqanı Mevlüt Yeni, Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər. "Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli  Lider  Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik"-deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq  Qarabağ problemindən geniş danışıb:

 

"Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğalından azad edəcəyik".

 

Qənirə Paşayeva  qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin dünyaya daha geniş şəkildə tanıdılmasında, Azərbaycan-Türkiyə əməkdaşlığının, Türk dünyası birliyinin güclənməsində gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Antalya Gazeteçiler Cemiyyeti və Antalya Türk Ocaqlarının dəvəti ilə Antalyaya gəldiyini və bu mövzuları özündə əks etdirən tədbirlərdə çıxış edəcəyini deyib.

 

Bu cür tədbirlərin önəminə toxunan Antalya valisi Münir KARALOĞLU öz növbəsində  görüşdən məmnunluğunu bildirib:

 

"Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq".

 

Millət  vəkili valini ölkəmizə dəvət edib. Antalya valisi Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib.

 

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edərək, Azərbaycanla Antalya arasında əlaqələrinin daha da güclənməsinin də çox mühüm olduğunu dilə gətirib. O, Antalyada 5 mindən çox azərbaycanlının yaşadığı, eyni zamanda burada Akdeniz Universitetində çoxlu sayda gəncimizin təhsil aldığını xüsusi vurğulayaraq “biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk”deyib.

 

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Antalya valisinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı matreialları hədiyyə edib. Antalya valisi də millət vəkili Qənirə Paşayevaya Antalya ilə bağlı materiallar, kitablar hədiyyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib

Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

"Nazilidən Masallıya könül körpüsü" Masallıda

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkilinin kitabları Türkiyənin qədim Kapadokya vilayətində

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

"Bu xəbər hamımızı üzdü"

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Daşqın təhlükəsi - XƏBƏRDARLIQ

DSX rəisi yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb

Tovuzla Masallı Nazili ilə qardaşlaşacaq

“Yeni müttəfiqlər axtaracağıq”