Azərbaycanlı rəssamların sərgisi keçirilib

10:20 30-07-2018 | icon 31 | Mədəniyyət
Azərbaycanlı rəssamların sərgisi keçirilib

ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunda ABŞ-da yaşayan gənc azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi keçirilib.

 

Konsulluqdan Versus.Az-a verilən məlumata görə, sərgidə Aydan Hüseynli, Fidan Kim, Dinarə Cəbiyeva, Lalə Rəhimova və Səyyarə Nemətovanın əsərləri nümayiş etdirilib.

 

Baş Konsulluğun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan icmasının üzvləri, xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış şəxslər, o cümlədən kimya üzrə Nobel mükafatçısı Arye Vorşel (Arieh Warshel), elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk və İran icmalarının rəhbərləri iştirak ediblər.



Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, xüsusilə rəssamlıq sənətinin tarixi və bugünkü inkişafı, habelə Azərbaycanın görkəmli rəssamları haqqında ətraflı məlumat verib və gənc qadın rəssamları qonaqlara təqdim edib. Müstəqil dövlət kimi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına dövlət səviyyəsində xüsusi diqqətin yetirildiyini qeyd edən baş konsul N.Ağayev, Heydər Əliyev Fondunun dəstəyilə həyata keçirilən layihələrdən və gənc sənətkarların yaradıcılığını dəstəkləyən YARAT Müasir İncəsənət Məkanının fəaliyyəti barədə danışıb.

 

Çıxışdan sonra YARAT Müasir İncəsənət Məkanının fəaliyyətindən bəhs edən qısa sənədli film nümayiş etdirilib. Həmçinin sərgi iştirakçılarından olan, Azərbaycanın mərhum əməkdar artisti, opera müğənnisi Sona Aslanovanın nəvəsi Lalə Rəhimovanın ifasında klassik musiqi əsərləri səsləndirilib. Film və musiqi proqramı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi qonaqların böyük rəğbət və heyranlığına səbəb olub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib

Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

"Nazilidən Masallıya könül körpüsü" Masallıda

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkilinin kitabları Türkiyənin qədim Kapadokya vilayətində

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

"Bu xəbər hamımızı üzdü"

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Daşqın təhlükəsi - XƏBƏRDARLIQ

DSX rəisi yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb

Tovuzla Masallı Nazili ilə qardaşlaşacaq

“Yeni müttəfiqlər axtaracağıq”