Rauf Hacıyevin mahnılarından ibarət konsert təşkil olunacaq


Oktyabrın 4-də Heydər Əliyev Sarayında SSRİ Xalq Artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılarından ibarət konsert keçiriləcək.
Mədəniyyət Nazirliyindən Versus.Az-a verilən məlumata görə, konsertdə Xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Ənvər Sadıqov, Əməkdar artistlər İlqar Muradov, Anar Şuşalı, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Teymur Əmrah, Abbas Bağırov, Lalə Məmmədova, tanınmış müğənnilər Nadir Qafarzadə, Eldar Qasımov, Emiliya Yaqubova, Taleh Yəhyayev, Zamiq Hüseynov, Fuad Musayev, “Qaya” qrupu və başqaları iştirak edəcəklər. Konsertdə bəstəkarın musiqisevərlər və ifaçılar arasında populyarlıq qazanan “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və digər mahnıları səsləndiriləcək.
Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Biletlərin qiyməti 10-50 manat təşkil edir.
Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30
Xəbər lenti

Kitabxanadan götürdüyü kitabı 73 il sonra qaytaran oxucu
Kitabın yanında kiçik qeyd yollayan qadın yazır ki...
Dünyanın ən zəngin muzeyləri
Aşıq Ulduzun qızı nişanlandı
İnanılmaz fırıldaq
Yevlax sakini müasir silahın sxemini hazırladı
“Azərbaycan-Slavyan Gənclərinin I Forumu” çərçivəsində panel müzakirələri reallaşıb
İran polisindən əməliyyat: 1,2 ton narkotik ələ keçirildi
Elmlər doktoru üzrə doktorantura hazırlığı necə aparılır? (QAYDALAR)
Mehriban Əliyeva Baronessa Emma Nikolsonla görüşüb
Türikiyə Super Liqasının oyunu yarımçıq dayandırıldı
Brüsseldə Qarabağ mitinqi keçirilib
Prezidentin fərmanı ilə nə qədər mənzil "kupça" alacaq?
Zaxarova azərbaycanlı jurnalistin sözünü kəsdi
Yaxın günlərdə hava necə olacaq?
Trampı əyləndirəcəyik – İrandan güc nümayişi
Faiq Ağayev: “Brilliant məndən 13 yaş böyükdür”
İrəli
