Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

19:35 10-08-2018 | icon 498 | Siyasət
Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

 

Qədim Kapadokyada

 

 

Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü, Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin 100-cü ildönümü” tədbirlərdə iştirak etmək üçün Kapadokyaya səfərə gedən Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Uçhisar bələdiyyə başqanı Ali Karaaslan ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, iki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Kapadokya arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.

 

“Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili bələdiyyə başqanı ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş danışıb:

 

“Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik”.

 

Millət vəkili Q.Paşayeva qədim Kapadokyada, Üçhisarda Azərbaycan şəhidləri abidəsinin açılışı təklifi ilə çıxış edib və bələdiyyə başqanı A.Karaaslan millət vəkilinin təklifini qəbul edərək tezliklə reallaşacağını və həmin açılışa millət vəkilinin də dəvət olunacağını deyib. Q.Paşayeva onun təklifini nəzərə alaraq bir il əvvəl Kapadokyada Qarabağ küçəsinin açılına görə Üçhisar bələdiyyə başqanına bir daha təşəkkürünü bildirib və hər il Kapadokyada Azərbaycan, Azərbaycan-Türkiyə  münasibətlərinin dünəni, bu günü, gələcəyi, Qarabağ problemi, Xocalı soyqırımı, Türk dünyası ilə bağlı tədbirlərin keçirilməsinin önəmindən danışıb və gələcəkdə də bu tədbirlərin davamlə şəkildə davam edəcəyinə inandığını deyib, hər zaman bu tədbirlərdə iştirak ediyini deyən millət vəkili bundan sonra öz iştirakını məmnuniyyətlə davam etdirəcəyini deyib.

 

Azərbaycanı çox sevdiyini deyən Uçhisar bələdiyyə başqanı Ali Karaaslan ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.

 

Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Üçhisarı da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib.

 

Uçhisar bələdiyyə başqanı Ali Karaaslan bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət və görməkdən məmnun olarıq deyib.

 

Görüşdə Q.Paşayeva qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib:

 

“Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”.

 

Görüşün sonunda millət vəkili Uçhisar bələdiyyə başqanı Ali Karaaslana Azərbaycan tarixi və mədəniyyətinə aid materiallar hədiyyə edib.

 

Millət vəkili Q.Paşayeva eyni zamanda Kapadokyada bir sıra təşkilatların rəhbərləri ilə də görüşüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tehrandan gələn həkimlər danışdılar - VİDEO

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev anıldı

Davay, bozbaşını bişir...

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

Məşhur professorun resepti

"SƏS Media Qrupu ölkədə ilk internet televiziyalarının qurucularındandır"

Bələdiyyə sədrləri Bosniya və Herseqovinada səfərdə olublar

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

Radikal dini qruplar olduqca təhlükəlidir

Tualetdə mobil telefon istifadə edənlərə xəbərdarlıq 

Qarabağa qanunsuz turizm təbliğatı  və arzuolunmaz qonaqlar 

Atəşkəs 28 dəfə pozulub