"Bu xəbər hamımızı üzdü"

11:03 11-08-2018 | icon 157 | Qarabağ
"Bu xəbər hamımızı üzdü"

"Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verən hadisə 2 kənd sakinimiz - 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlunun minaya düşərək ağır bədən xəsarətləri alması xəbəri hamımızı üzdü".

 

Versus.Az xəbər verir ki, bunu minaya düşən iki nəfər Tovz sakini ilə bağlı açıqlamasında millət vəkili Qənirə Paşayeva bildirib:

 

"Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı sakinlərimizi xilas etmək, onlara kömək üçün həkimlərimiz əllərindən gələni ediblər və edirlər. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa həkim, rayon icra hakimiyyəti başçısı Məmməd müəlim, Əlibəyli kənd icra nümayəndəsi ilə, həkimlərlə dəfələrlə danışmışam və hər kəs Elşad və Elgün üçün əlindən gələni etməyə çalışır. Bir az əvvəl Elşad bəylə danışdım. Çox şükr ki, qəlpə yaraları ona həyati təhlükəli vəziyyət yaratmayıb və həkimlərimizin köməyi ilə yaraları təmizlənib. Müalicələr aparılır və qısa zamanda inşallah sağalacaq.

14 yaşlı Elgünün vəziyyəti isə ağırdır. Əməliyyat olunub və həkimlərimiz, rayon mərkəzi xəstəxanası, rayon rəsmiləri, hamımız onun sağalması üçün əlimizdən gələni etməyə çalışırıq. Gəncədən də mütəxəssislər gəliblər".

 

Millət vəkili qeyd edib ki, yaralılar Səhiyyə Nazirliyinin xüsusi diqqətindədir. Bakıdan da mütəxəssislər Tovuza yollanıblar:

 

"Elgünün sağalması üçün bütün imkanlar səfər olunub. İnanırıq ki, inşallh yaxşılaşacaq. Bir az əvvəl Elgünün xəstəxanada olan yaxınları ilə də danışdım və hamımızın Elgün üçün dua etdiyini və onun sağalması üçün gərəkən bütün dəstəklərin göstərildiyini və göstəriləcəyini söylədim. Allah kömək olsun. Dualarınızı əksik etməyin".

 

Qənirə Paşayeva vurğulayıb ki, hadisənin baş vermə səbəbləri tam araşdırılır və müvafiq qurumlar məlumatlar verirlər və verəcəklər:

 

"Öz növbəmdə bütün ön cəbhə kəndlərində yaşayan insanlarımızı ərazilərdə mina təhlükəsi ilə bağlı qurumlarımızın quraşdırdığı nişanlara hər zaman xüsusi diqqət göstərməyə, diqqətli olmağa, mina ilə bağlı məlumatlandırılmalara, xəbərdarlıqlara, bilgiləndirmələrə daha da həssas olmağa çağırıram. Allah insanlarımızı qorusun və inşallah bir daha belə acı hadisələr yaşanmasın. Allah ön cəbhədə yaşayan insanlarımızı və qoruyan əsgərlərimizi qorusun".

 

Yelmar Nəbiyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə ilə SİYASİ NƏRD oyunu - LAYİHƏ

Millət vəkili parlamentdə vacib təkliflərlə çıxış edib

“Dövlət simvolları haqqında yaxşı danışsan da düzgün anlamayan tapılacaq”

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

"Autizmli uşaqlara sahib çıxaq"

“Parlamentə hakimiyyət daxilindən yeni simalar gələcək” - MÜSAHİBƏ

“Qurbanxana” replikasında duyulan Qarabağnamə Pənah Hüseynin təqdimatında - LAYİHƏ

Partiya sədrləri dövlət bayrağı günü ərəfəsində görüşdülər

“Toxunulmaz idisə niyə musiqisi, mətni üç dəfə dəyişilib?” - MÜSAHİBƏ

Qənirə Paşayeva və Arzu Bağırova mükafata layiq görülüblər

“Növbədənkənar Parlament seçkiləri qaçılmazdır”

"Siyasilər keçmişlə bağlı ittihamlardan çəkinməlidirlər"

Oqtay Eldəgəzin xanımı ALDP sədri ilə görüşüb

Fironcasına Allahlaşan məmur ordusu...

"Parlament seçkilərinin növbədənkənar keçirilməsinə əsas yoxdur"