"Hər şey Rusiyanın mövqeyindən asılı olacaq"

19:10 11-08-2018 | icon 31 | Siyasət
"Hər şey Rusiyanın mövqeyindən asılı olacaq"

“İqtisadi durumunun ağırlışması Ermənistanın güzəştə getməsi ilə nəticələnməyəcək”.

 

Versus.Az-ın məlumatına görə, bunu İranda sanksiyalar səbəbi ilə yaşanacaq iqtisadi geriləmələrin Ermənistanda da ciddi şəkildə özünü hiss etdirəcəyi ilə bağlı proqnozlarla bağlı açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

 

Partiya sədri Ermənistanda ağır olan iqtisadi vəziyyətin daha da ağırlaşmasının bu ölkəni Qarabağla bağlı sülh danışıqlarında daha aktiv olmağa, güzəştli mövqe sərgiləməyə vadar edə biləcəyi kimi proqnozları reallıqdan uzaq ehtimal kimi dəyərləndirdi:

 

“Ermənistan-Azərbaycan münaqişəsinin xarakteri elədir ki, onu iqtisadi məsələlərlə, vəziyyətin ağırlığı ilə ölçmək, buna əsasən də vəziyyətin dəyişəcəyini, yaxud Ermənistanın güzəştə gedəcəyini düşünmək sadəlövhlük olar. Ermənistan-Azərbaycan konfiliktinin xarakteri Rusiyanın Cənubi Qafqaz siyasətinin tərkib hissəsidir. Hər şey Rusiyanın mövqeyindən asılı olacaq. Bu, təkcə Ermənistandan asılı olan məsələ deyil. Ermənistan bu məsələdə Rusiyanın Cənubi Qafqaz siaysətini nəzərə almağa məhkudur. Odur ki, bu proseslərdn müsbət nəticə gözləmək, İranda, ətraf ölkələrdə baş verən hadisələrdən ümidlənmək siyasi reallıqdan uzaq olmaq deməkdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib

Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

"Nazilidən Masallıya könül körpüsü" Masallıda

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkilinin kitabları Türkiyənin qədim Kapadokya vilayətində

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

"Bu xəbər hamımızı üzdü"

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Daşqın təhlükəsi - XƏBƏRDARLIQ

DSX rəisi yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb

Tovuzla Masallı Nazili ilə qardaşlaşacaq

“Yeni müttəfiqlər axtaracağıq”