“Bu Konvensiya Azərbaycan dövlətinin maraqlarına ziddir”

17:46 13-08-2018 | icon 44 | Siyasət
“Bu Konvensiya Azərbaycan dövlətinin maraqlarına ziddir”

“Xəzərin millitarizasiyalaşmasında Rusiyanın üstün mövqeyə sahib olması Azərbaycan və digər hövzə dövlətləri üçün təhlükədir”

 

 

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

 

Versus.Az-ın məlumatına görə, bu barədə ADP-nin Mətbuat Xidmətinin məlumatında bildirilir.

 

ADP İdarə Heyəti ilk öncə ötən gün Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin-Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın işitrakı ilə Xəzər dənizinin statusu haqqında imzalanan Konvensiyanı müzakirə edib.

 

Hesab edilib ki, imzalanmış Konvensiya bir çox şərtlərinə görə Azərbaycan dövlətinin maraqlarına ziddir. Belə ki, Konvensiyada Xəzərin nə dəniz, nə də göl kimi təsbit edilməməsi, gələcəkdə bu Konvensiyanı imzalayan tərəflər arasında yarana biləcək hər hansı bir problemin beynəlxalq hüquqla tənzimlənmə imkanlarının olmadığının göstəricisidir. Bu Konvensiyanın tələblərinə görə Xəzərdə hər hansı bir üçüncü dövlətin hərbi qüvvə saxlamasının qadağan edilməsi, Azərbaycanın və Azərbaycanla birlikdə Xəzərdə iş görən xarici dövlətlərin mülkiyyətininin təhdid altına düşməsi və müdafiədən məhrum edilməsidir, Xəzərin millitarizasiyalaşmasında Rusiyanın üstün mövqeyə sahib olması isə Azərbaycan və digər hövzə dövlətləri üçün təhlükədir.

 

İdarə Heyəti ABŞ-ın Türkiyə ilə münasibətləri nizama salınması üçün Türkiyəyə qarşı irəli sürdüyü 8 şərti müzakirə edib. Hesab edilib ki, irəli sürülən tələblər, o cümlədən son zamanlar ABŞ-ın Türkiyənin düşmənləri ilə bir sırada yer alması Amerikanın etibarlı müttəfiq olmadığını bir daha sübut edir. İdarə Heyəti bildirib ki, irəli sürülən tələblərin heç biri qardaş Türkiyə tərəfindən qəbuledilməzdir və bu tələblər dünyadakı bütün türklərin hissiyatına toxunmaqdır.

 

ADP İdarə Heyəti ABŞ-ı Türkiyə ilə strateji müttəfiqlik prinsiplərinə sadiq qalmağa və Türkiyə ilə münasibətdə öz siyasətinə yenidən baxmağa çağırıb. Eyni zamanda bildirilib ki, indiki zamanda dünya ictimaiyyəti də ABŞ-ın müstəqil dövlətlərin suveren hüquqlarının pozulmasına yönələn siyasətinə etiraz etməlidir. ADP İdarə Heyəti Azərbaycan hökumətini bu çətin vaxtlarda qardaş Türkiyənin yanında olmağa, ona hər cür siyasi, diplomatik, iqtisadi və mənəvi dəstək verməyə, eyni zamanda bütün türkdilli dövlətləri də Türkiyənin haqlı mövqeyini müdafiə etməyə çağırıb.

 

Daha sonra son zamanlar ölkədə açıq və gizli qiymət artımından dolayı cəmiyyətdə yaşanan narahatçılıqlarla bağlı müzakirələr apararaq, ölkədə yaşanan ağır sosial-iqtisadi vəziyyət fonunda heç bir iqtisadi əsası olmayan qiymət artımlarını kəskin tənqid edib, bu cür qiymət artımlarının əhalinin var-yoxdan çıxmasına xidmət etdiyini bildirib.

 

İGİD
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

37 saylı məktəb Laçın rayonu üzrə ən yüksən nəticə göstərib

Solo konsert baş tutdu

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

İlyas İsmayılovun oğlu öldürüldü

ALDP-də türk və Azərbaycan şəhidləri yad edilib

Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 100

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

“Qar kölgəsi” ətrafında