"İri şirkətlər ABŞ-la kəllə-kəlləyə gəlməmək üçün İranı tərk etməkdə davam edir"

18:03 13-08-2018 | icon 149 | Geopolitika
"İri şirkətlər ABŞ-la kəllə-kəlləyə gəlməmək üçün İranı tərk etməkdə davam edir"

"ABŞ-ın Türkiyəyə, Rusiyaya və İrana tətbiq etdiyi sanksiyalarda kifayət qədər haqsız məqamlar var. Rusiya ilə məsələ aydındır və bu sanskiyalara Avropa ölkələri də qoşulub. Səbəb də birmənalı olaraq Krımın Rusiya tərəfindən ihlaq edilməsidir. Əslində, tətbiq edilən sanksiyalar Rusiyanı çökdürmədi və gözlənilir ki, Rusiya bu savaşdan qalib çıxacaq. Çünki sanksiyalar nəticəsində iqtisadi və maliyyə boşluqlarını aşkara çıxardı və indi onların doldurulması ilə məşğuldur".

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında AXCP sədri Razi Nurllayev bildirib.

Partiya sədri vurğulayıb ki, İrana və Türkiyəyə tətbiq edilən sanksiya heç bir tənqidə dözmür:

 

"İran "altılıq" çərçivəsində 2015-ci ildə bağlanmış razılaşmaya əsasən öhdəliklərini yerinə yetirib. Nə yaxşı ki, Avropa Birliyinin müdrik siyasətçiləri sayəsində qoca qitə bu sanksiyalara qoşulmadı. Lakin, əfsuslar ki, qoşulmasa belə, iri şirkətlər ABŞ-la kəllə-kəlləyə gəlməmək üçün İranı tərk etməkdə davam edirlər. Bu yolverilməz bir məsələdir. Bu tip bəlalar hər bir ölkənin başına gələ bilər və Amerikanın tək hegemonluğu dünyanı yenidən ciddi qütbləşməyə sürükləyir".

 

R.Nurullayev Qardaş Türkiyəyə tətbiq edilən sanksiyalarından, Türk lirəsinin dəyərdən düşməsindən bir Azərbaycanlı siyasətçi kimi çox narahat olduğunu deyib:

 

"Türkiyənin yanında olduğumuzu bəyan edirəm. Türkiyə hədə-qorxular qarşısında əyilməyəcək, sınmayacaq. Zamanı ilə dünyanın dörd qitəsində hökmranlıq etmiş bir imperiya sına bilməz. Onun üçün də bütün müdrik ölkələr haqsız olaraq sanksiyalara məruz qalmış dövlətlərin yanında yer almalıdır. Ümid edirəm ki, ölkələr ciddi şəkildə milli valyutalarla hesablaşma məsələsində real addımlar ata biləcəklər. Nəhayət ki, hesablaşmalar barədə danışıqlar əməli işlə əvəz olunmalıdır.

Qonşu dövlətlərə qarşı iqtisadi sanksiyalar və onların milli valyutasının ölməsi bizim ölkəmiz üçün də ciddi təhlükələr vəd edir. Çox ehtiyatlı olmaq gərəkir və qonşularımızı da tək qoya bilmərik! Azərbaycanla ABŞ müttəfiq ölkələrdir və biz də bunun belə qalmasını istəyirik, lakin ABŞ da bilməlidir ki, apardığı bu siyasət regionda tam dəyişik bir geosiyasi mühitin formalaşmasına gətirib çıxarır".

 

AXCP sədri qeydedib ki, faktiki olaraq Türkiyə, İran və Rusiya güclərini birləşdirəcək və ABŞ-a qarşı nəhəng bir güc formalaşacaq:

 

"Bu güclər onlarla digər ölkələri də öz ətraflarına yığa biləcəklər. Çünki ABŞ-ın apardığı siyasət inam vəd etmir və artıq çox ölkələr və siyasətçilər ABŞ-a etibar edib-etməmə haqqında ciddi şübhəyə düşüblər.

Allah haqq tərəfi qorusun!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tehrandan gələn həkimlər danışdılar - VİDEO

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev anıldı

Davay, bozbaşını bişir...

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

Məşhur professorun resepti

"SƏS Media Qrupu ölkədə ilk internet televiziyalarının qurucularındandır"

Bələdiyyə sədrləri Bosniya və Herseqovinada səfərdə olublar

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

Radikal dini qruplar olduqca təhlükəlidir

Tualetdə mobil telefon istifadə edənlərə xəbərdarlıq 

Qarabağa qanunsuz turizm təbliğatı  və arzuolunmaz qonaqlar 

Azərbaycana “Donuz qripi”nə qarşı peyvənd gətirilib?