Macarıstanda Azərbaycan sərgisi açılıb

20:47 14-08-2018 | icon 458 | Mədəniyyət
Macarıstanda Azərbaycan sərgisi açılıb

Macarıstanda keçirilən və minlərlə türk kökənli insanın, xarici qonağın iştirak etdiyi Turan Qurultayında millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, Arzu Bağırovanın rəhbərlik etdiyi Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin və fəal qadınlarımızdan Məlahət Qəhrəmanova və Pərvanə Mustafayevanın təşkilatçılığı, Macarıstandakı səfirliyimizin, Turan Macar Vəqfinin dəstəyilə Azərbaycan sərgisi açılıb.

 

Versus.Az-ın məlumatına görə, sərgidə ölkəmizin daha geniş tanıdılması və təbliğinə dair materiallar, əşyalar sərgilənib.

 

Turan Qurultayında Azərbaycan stendi ən çox ziyarət edilən stendlər arasında olub. Azərbaycan sərgisində tanınmış azərbaycanlı rəssam, Türkiyənin Səlcuq universitetinin professoru İlham Ənvəroğlu və rəssam xanımının möhtəşəm sərgisi də olub və əsərləri nümayiş olunub.

 

Q.Paşayeva ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A.Bağırova, ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayıl, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, tanınmış sənətçilərimiz əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlı, Türkiyənin Səlcuq universitetinin professoru İlham Ənvəroğlu  sərgini ziyarət edənlərə ölkəmizlə bağlı geniş məlumatlar veriblər, sualları cavablandırıblar.

 

Q.Paşayeva sərgini ziyarət edən türk xalqlarının  tanınmış ictimai siyasi xadimləri, alimləri, aydınları, QHT və KİV rəhbərlərinə, Macarıstanın tanınmış şəxslərinə Azərbaycanla bağlı geniş məlumatlar verməklə yanaşı, onlara Azərbaycanı tanıdan materialları da hədiyyə edib və ölkəmizə dəvət edib. O bildirib ki, qardaş xalqların təmsilçiləri ilk növbədə başqa ölkələri deyil, məhz qardaş ölkələri ziyarət etməlidirlər. Bunun vacibliyini xüsusi vurğulayan millət vəkili “biz bir-birimizi daha yaxından tanımalı və sahiblənməliyik, birliyimiz gücümüzü daha da artırar və buna hamımızın ehtiyacı var” deyib. Ermənistanın işğalçılıq siyasəti, işğal altındakı torpaqlarımızdakı tarixi-mədəni abidələrimizlə də bağlı geniş məlumatlar verən Q.Paşayeva və digər təşkilatçılar sərgini ziyarət edənlərə Azərbaycanla bağlı materialları da hədiyyə edib.

 

Professor azərbaycanlı rəssam İlham Ənvəroğlunun Türk dünyasını əks etdirən sərgisi də böyük maraqla qarşılanıb. Millət vəkili, Q.Paşayeva Qurultayda iştirak edən Türk dövlətlərinə və xalqlarına aid KİV-nin sərgi və Azərbaycanla bağlı suallarını da geniş cavablandırıb, müsahibələr verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

“Bəzi partiya sədrləri mikrafon, kamera görən kimi “aktyorluq” edirlər”

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

"Ermənistan özü öz işğalçılıq siyasətini faş etdi"

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

Jurnalistlərin saldıqları bağdan - REPORTAJ/FOTOSESSİYA

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

“ Yaşasin Quba ASAN Xidməti!”

İsgəndər Həmidov həbs olunub və ona şərt qoyulub

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

Əli İnsanovun yersiz iddiaları

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əsl peşəkar diplomatiya nümunəsi 

"WhatsApp"da problem yaranıb