Onların dərs yükü normaları müəyyənləşdirilib

10:19 30-08-2018 | icon 102 | Təhsil
Onların dərs yükü normaları müəyyənləşdirilib

Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərə şamil edilməyəcək.

 

Versus.Az xəbər verir ki, bunu bağlı Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Qərara əsasən, 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarın adına və 1-ci hissəsinin birinci abzasına “işçilərinin” sözündən sonra “(dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla)” sözləri əlavə edilib.

 

Qərara görə, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı 30 saat; bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır); ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı 24 saat; ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü isə 500 saatdan az olmamaqla müəyyən edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda möhtəşəm Şimali Kipr günü

Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

17 noyabır bizə nə verdi?

“İndi özünü meydan lideri sayan çoxdur, amma faktiki olaraq biz iki nəfər idik”

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

Bütün növ pensiyalar artırılacaq

21 yaşlı işıqçı Arifin göylərdə sönən işığı

Mahir Abbaszadəyə yüksək vəzifə verildi

“ZİMA” yenə balaca istedadları səsləyir