Məhərrəm ayı ilə əlaqədar monitorinqlər keçiriləcək

11:53 10-09-2018 | icon 23 | Cəmiyyət
Məhərrəm ayı ilə əlaqədar monitorinqlər keçiriləcək

Məhərrəm ayının başlanması ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər müvafiq icra strukturları tərəfindən monitorinqlər keçiriləcək.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə komitənin sədr müavini Səyavuş Heydərov deyib.

S.Heydərov bildirib ki, monitorinq çərçivəsində qanunvericiliyin tələblərinə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin fətvasına riayət olunmasına nəzarət olunacaq.

 

Komitə rəsmisi vurğulayıb ki, qurum Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinə çalışır:

 

“Əsas məqsədlərimizdən biri QMİ-nin fətvasında göstərilən tövsiyələrə əməl olunması ilə bağlıdır. Bu istiqamətdə İdarə ilə birlikdə işlərimizi Məhərrəm ayının sonuna qədər davam etdirəcəyik. Hər il bu sahədə irəliləyişlər müşahidə edilir. İnanırıq ki, bu il də Məhərrəm ayında keçirilən istər Aşura mərasimləri, istərsə də təziyə mərasimləri ilə bağlı əvvəlki illərə nisbətən müsbət nəticələr əldə olunacaq”.

 

Komitə sədrinin müavini vurğulayıb ki, keçən illərdə aparılmış müşahidə və monitorinqlər nəticəsində respublikanın bəzi şəhər və rayonlarında keçirilmiş əzadarlıq məclislərində bəzi neqativ hallar aşkar edilib:

 

“Belə ki, icazəsiz olaraq küçə yürüşlərinə cəhdlər edilmiş, məsciddən kənar yerlərdə, eləcə də şəxsi evlərdə kütləvi şəkildə dini ayinlərin keçirilməsi və dini atributların məscidlərin xaricində yerləşdirilməsi hallarına rast gəlinmişdir. Qeyd edim ki, mövcud qanunvericiliyə əsasən, əzadarlıq məclisləri yalnız məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Dini atributlar isə yalnız məscidlərin içərisində yerləşdirilməlidir. Heç şübhəsiz, belə hallar aşkarlandıqda yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanları ilə birgə qanun çərçivəsində müvafiq addımlar atılır. Ümid edirik ki, cari ildə belə hallar təkrar edilməyəcək”.

 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

37 saylı məktəb Laçın rayonu üzrə ən yüksən nəticə göstərib

Solo konsert baş tutdu

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

İlyas İsmayılovun oğlu öldürüldü

ALDP-də türk və Azərbaycan şəhidləri yad edilib

Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 100

"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

“Qar kölgəsi” ətrafında