Banklara getməyə ehtiyac yoxdur

16:20 13-09-2018 | icon 89 | İqtisadiyyat
Banklara getməyə ehtiyac yoxdur

Dövlət əmlakının istifadəsi ilə bağlı icarə haqqını ödəmək məqsədilə banklara getməyə ehtiyac yoxdur.

 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Versus.Az-a verilən məlumata görə, fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ödəyə bilər. Söhbət “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidmətindən gedir. Əlavə ödəniş tələb etməyən sistem vətəndaşlara vaxt qazandırmaqla bərabər, ən müasir və çevik ödəmələrin aparılmasına şərait yaradır. Eləcə də ödəniş prosesində şəffaflıq və səmərəliliyi təmin edir.

 

Bu interaktiv ödəniş xidmətindən fiziki və hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr istifadə edə bilər. Qeyd edilməlidir ki, müvafiq sistem vasitəsilə dövlət əmlakının icarə haqqı və ya müamilə borclarının öyrənilməsi də mümkündür.

 

Adı çəkilən elektron xidmətdən istifadə etmək üçün ƏMDK-nın elektron xidmətlər portalına (www.e-emdk.gov.az) daxil olmaq lazımdır. Mövcud xidmətlər siyahısından 37-ci bölmədə yerləşən “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti seçilir. Açılan yeni pəncərədən göstərilən 3 rekvizitdən biri o cümlədən sənəd nömrəsi, qeydiyyat nömrəsi və ya dövlət əmlakının icarəyə verilməsi zamanı istifadəçi ilə bağlanılmış müqavilə üzrə ona təqdim edilmiş “İcarəçinin kodu”elektron müraciət formasınadaxil edilir. Dövlət əmlakı ilə bağlı icarə borcunu öyrənən istifadəçi ödə düyməsini sıxaraq ödənişi onlayn qaydada həyata keçirir.İstifadəçi “İstifadə təlimatı” və ya “Reqlament” faylını yükləyərək elektron xidmətdən istifadə qaydaları ilə tanış ola bilər.

 

Bundan başqa, 9193 SMS xidməti vasitəsilə də vətəndaşlar icarə haqqı və ya müamilə borclarını da öyrənə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tehrandan gələn həkimlər danışdılar - VİDEO

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev anıldı

Davay, bozbaşını bişir...

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

Məşhur professorun resepti

"SƏS Media Qrupu ölkədə ilk internet televiziyalarının qurucularındandır"

Bələdiyyə sədrləri Bosniya və Herseqovinada səfərdə olublar

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

Radikal dini qruplar olduqca təhlükəlidir

Tualetdə mobil telefon istifadə edənlərə xəbərdarlıq 

Qarabağa qanunsuz turizm təbliğatı  və arzuolunmaz qonaqlar 

Atəşkəs 28 dəfə pozulub