Nailə Əsgərzadə Rusiyanın nüfuzlu mükafatı qazanıb

10:12 04-10-2018 | icon 94 | Mədəniyyət
Nailə Əsgərzadə Rusiyanın nüfuzlu mükafatı qazanıb

“Praym-taymın əyləncəli tok-şou”su nominasiyasında mükafat “Saranxe” proqramına verilib.

 

Versus.Az xəbər verir ki, əslən azərbaycanlı olan telejurnalist Nailə Əsgərzadə “Bizim proqramın 3 yaşı var. Biz verilişə başlayanda düşünmürdük ki, bu qədər çətin olacaq. Ən çətini qəhrəmanlar tapmaq idi. Çünki onlar biznes, siyasət və digər sahələrin tanınan simalarıdır”, - deyə bildirib.

N.Əsgər-zadə əlavə edib ki, qəhrəmanlar qeyri-adi vəziyyətlərə düşürdülər:

 

“Onlar bizimlə ölkənin ucqar nöqtələrinə getməli, mədənlərə enməli, at çapmalı, musiqi alətlərində ifa etməli və bəzən bir neçə dubl çəkilməli olurdular. Onlar göstəriş verməyə öyrəşiblər, bizdə isə göstərişi rejissor verir”.

 

Qeyd edək ki, TEFİ televiziya sahəsində uğurlara görə Rusiyada verilən mükafatdır.

Xatırladaq ki, TEFİ telemükafatı 21 dekabr 1994-cü ildə “Rusiya Televiziyası Akademiyası” tərəfindən təsis edilib. 2014-cü ildən mükafatın təşkilatçısı Sənaye Televiziya Mükafatları Komitəsidir. Qaliblər Ernst Neizvestnının bürünc “Orfey”i mükafatı ilə təltif olunurlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

"WhatsApp"da problem yaranıb

Prezident onları əfv etdi - SİYAHI