Yeni təşkilat yaradılsın - TƏKLİF

12:19 04-10-2018 | icon 93 | Siyasət
Yeni təşkilat yaradılsın - TƏKLİF

ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev qurumun Bişkekdə keçirilən payız sessiyasında çıxış edib.

 

Versus.Az xəbər verir ki, A.Quliyev Mərkəzi Asiyada regional əməkdaşlığın daha da genişləndirilməsi yollarına toxunub.

 

Vitse-prezident, həmçinin parlament əməkdaşlığı sahəsində səmərəli platforma kimi Mərkəzi Asiya Parlament Assambleyasının yaradılması təklifini irəli sürüb.

Qeyd edək ki, ATƏT PA-nın payız sessiyası oktyabrın 3-də Bişkekdə öz işinə başlayıb. A.Quliyev və millət vəkili Tahir Mirkişili sessiyada iştirak edirlər.

 

Bişkekdə 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhdidlərə qarşı mübarizə, Aralıq Dənizi Forumu və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının gücləndirilməsi barədə məsələlər müzakirə edilir.

Sessiya çərçivəsində A.Quliyevin sədri olduğu İpək Yolu Dəstək Qrupunun iclası da keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

Şuşa-Laçın yolu - 2019/VİDEO

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

Əli İnsanovun yersiz iddiaları

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

"Dövlət başçısının əfv sərəncamı alqışlanmalıdır"

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əfv sərəncamı və “səbəbkar axtarışı” - SORĞU

Əsl peşəkar diplomatiya nümunəsi 

Əli İnsanov da əfv edilib

"WhatsApp"da problem yaranıb

Prezident onları əfv etdi - SİYAHI