İki film beynəlxalq mükafat aldı

17:33 15-10-2018 | icon 154 | Gündəm
İki film beynəlxalq mükafat aldı

Azərbaycan istehsalı olan "Şollerin arxivi” və “Edam günü” bədii filmlərinin beynəlxalq festivallardakı uğurları davam edir.

 

Hər iki ekran əsəri Hindistanda keçirilən Lifft India Filmotsav film festivalında mükafat alıb.

 

Filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov Versus.Az-a bildirib ki, "Şollerin arxivi” bədii filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən ekranlaşdırılıb. "Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb. ABŞ-ın Kaliforniya ştatında yerləşən Hollivud Kino Mərkəzində keçirilən Qlobal Qeyri-zorakılıq Film Festivalının ən yaxşı mövzu mükafatına layiq görülüb.

 

Hindistanda "Lake City İnternational” film festivalında "Ən yaxşı film” kateqoriyasının qalibi olub. Birinci yerə çıxaraq kubok qazanan ekran əsərinin Hindistan bazarına çıxarılması üçün təklif gəlib və artıq müqavilə də bağlanılıb.



Qeyd edək ki, Şollerin arxivi” ilin sonuna qədər daha bir neçə beynəlxalq festivalda nümayiş olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır