Küçə yeməyi festivalı

08:24 17-10-2018 | icon 81 | Mədəniyyət
Küçə yeməyi festivalı

Yenidən Bakının mərkəzində, şəhərin ən parlaq və dadlı festivallarından biri olan “Food and Drinks Fest” keçiriləcək.

 

Versus.Az xəbər verir ki, festival “Meal For Real” komandası və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilib.

 

Festival bu dəfə Fəvvarələr meydanında keçiriləcək. Fəvvarələr meydanının seçilməsində məqsəd paytaxtın daha çox sakini və qonağının bayram ab-havasına qərq olmasını təmin etməkdir. Festival qonaqlarını daha zəngin mədəni proqram – populyar musiqi, ustad-dərsləri, blogerlərlə görüşlər və müxtəlif müsabiqələr - gözləyir. Həmişə olduğu kimi şəhərin ən yaxşı restoranları özlərinin yerli və dünya mətbəxinin ən məşhur yeməklərini təklif edəcəklər. Festival oktyabrın 24-dən 28-dək saat 11:00-dən 23:00-a qədər davam edəcək. Giriş sərbəstdir.

 

Xatırladaq ki, bu, sayca IV Küçə yeməyi festivalıdır. 2017-2018-ci illərdə “Baku Street Food Festival”, “Baku Sweet November” və “Baku Summer Food Fest” festivalları keçirilib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

"Soros uşaqları" Bakını hədələmək istədilər"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

AĞLAMA, QƏRƏNFİLİM…

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək

AXCP-çilər Şəhidlər Xiyabanını ziyarət ediblər

Yumurta İnstagram-da rekord vurdu

“Azərenerji” xüsusi rejimdə işləyəcək

Küləyin uçurduğu dayanacaq