“DOST məsləhəti” adlı veriliş yayımlanacaq

12:30 17-10-2018 | icon 64 | Gündəm
“DOST məsləhəti” adlı veriliş yayımlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ASAN Radio birgə yeni layihəyə start verir. İki qurumun əməkdaşlığı çərçivəsində 100 FM-də “DOST məsləhəti” verilişi efirdə olacaq.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, verilişin adının “DOST məsləhəti” seçilməsi təsadüfi deyil. Prezident İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və mərkəzləri yaradılır. Məqsəd verilişdə bu mərkəzlərin fəaliyyəti barədə əhalinin, xüsusilə həssas qrupların maarifləndirilməsidir.

 

ASAN Radionun efirində yayımlanacaq “DOST məsləhəti”ndə

- Prezident İlham Əliyevin əmək və sosial müdafiə sahəsi ilə bağlı fərman və sərəncamlarından irəli gələn məsələlər,

- Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar;

- Şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları;

- Sosial təminat növləri, onların təyini və ödənilməsi qaydaları;

 

- Dövlət məşğulluq xidmətləri, aktiv əmək bazarı proqramları, kiçik ailə biznesinin qurulmasında özünüməşğulluq proqramının açdığı imkanlar;

- Əmək hüquqları, bu hüquqların müdafiəsi yönündə aparılan işlər;

- Sığorta-pensiya sistemi, pensiya təminatı sahəsində aparılan islahatlar;

- Sosial xidmətlər və onların əhatə etdiyi kateqoriyalar və s. barədə söhbət açılacaq.

Verilişdə dinləyici sualları da cavablandırılacaq. (Şəhər telefonlarından 012-56-56-100, WhatsApp 070-65-56-100).

 

“DOST məsləhəti” verilişini hər həftənin bazar ertəsi saat 19.05-də ASAN Radioda dinləyə bilərsiniz. Verilişin aparıcısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovdur.

Verilişin ilk buraxılışı oktyabrın 22-si, saat 19:05-də efirdə olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tehrandan gələn həkimlər danışdılar - VİDEO

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev anıldı

Davay, bozbaşını bişir...

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

"SƏS Media Qrupu ölkədə ilk internet televiziyalarının qurucularındandır"

Bələdiyyə sədrləri Bosniya və Herseqovinada səfərdə olublar

Məşhur professorun resepti

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

Radikal dini qruplar olduqca təhlükəlidir

Tualetdə mobil telefon istifadə edənlərə xəbərdarlıq 

Qarabağa qanunsuz turizm təbliğatı  və arzuolunmaz qonaqlar 

Atəşkəs 28 dəfə pozulub