Deputatlar Müstəqillik günü ilə bağlı təklif verdilər

09:50 18-10-2018 | icon 66 | Siyasət
Deputatlar Müstəqillik günü ilə bağlı təklif verdilər

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. 



Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Qeyd edək ki, 1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. 

Amma 2006-cı ilin dekabrında Milli Məclidə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. Həmin günlər bayram günü kimi saxlanılsa da, iş günü sayılır. 
O zaman 18 oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmamışdı. Çoxları Milli Məclisin Azərbacan üçün çox önəmli bir tarixi dövlət səviyyəli bayramlar siyahısından çıxararaq, onu peşə bayramı səviyyəsinə enidirməsini mənfi hal kimi qiymətləndirir.

Çünki dünyanın bir çox ölkələrinin müstəqillik əldə etdiyi gün qeyri-iş günü sayılır.


Versus.Az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatları 18 Oktyabr Müstəqillik gününün yenidən qeyri-iş günü olmasını təklif ediblər.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, “İstiqlalçı deputat” Vahid Əhmədov 18 oktyabrın Azərbaycanda qeyri-iş günü elan edilməsinin tərəfdarı olduğunu vurğulayıb:

 

“Bütün dünya dövlətlərinin rəhbərləri Azərbaycanı 18 oktyabrda daha çox təbrik edirlər. Çünki həmin gün müstəqilliyimiz haqqında Konstitusiya Aktı qəbul olunub. Ona görə də bu günün qeyri-iş günü elan edilməsi daha çox əhəmiyyətlidir. Təklif edirəm ki, Müstəqillik günü Azərbaycanda qeyri-iş günü elan edilsin.  Yəni insanlar hiss etməlidir ki, müstəqillik günü Azərbaycan üçün ən önəmli, tarixi günlərdən biridir, bayramdır, istirahət günüdür. 18 oktyabr Müstəqillik günümüzlə əlaqədar mən millətimi təbrik edirəm. Müstəqilliyiniz mübarək olsun!”.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyib ki, Müstəqillik gününün qeyri-iş günü elan edilməsi məsələsi dəfələrlə parlamentdə gündəmə gətirilib:

 

“Ancaq bununla bağlı heç bir qərar dəyişməyib. Mənim fikrimcə, oktyabrın 18-i Azərbaycanda qeyri-iş günü olmalıdır. Bu, daha doğru olar. Təəssüf ki. Milli Məclisdəı qərar səs çoxluğu ilə qəbul olunduğuna görə, hələ ki məsələyə təsir etmək imkanımız yoxdur”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, “İstiqlalçı deputat” Tahir Kərimli də 18 oktyabr Müstəqillik gününün yenidən qeyri-iş günü olmasını təklif edib:

 

“Əvvəllər oktyabrın 18-i qeyri-iş günü idi. Ancaq sonradan belə məsləhət oldu ki, oktyabrın 18-i iş, 28 May Respublika günü isə qeyri-iş günü  olsun. Ancaq müstəqillik günü bir çox ölkələrdə qeyri-iş günüdür və böyük bayramlardan sayılır. Dəfələrlə Milli Məclisdə də oktyabrın 18-nin yenidən qeyri-iş günü olması ilə bağlı deputatlar məsələ qaldırıblar. Güman edirəm ki, dövlət gec, ya tez bunu nəzərə alacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

"Soros uşaqları" Bakını hədələmək istədilər"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

AĞLAMA, QƏRƏNFİLİM…

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək

AXCP-çilər Şəhidlər Xiyabanını ziyarət ediblər

Yumurta İnstagram-da rekord vurdu

“Azərenerji” xüsusi rejimdə işləyəcək

Küləyin uçurduğu dayanacaq