Uşağın ürəyini dayandırıb əməliyyat etdilər

17:54 22-10-2018 | icon 38 | Sağlamlıq
Uşağın ürəyini dayandırıb əməliyyat etdilər

Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə uğurla əməliyyat olunub.

 

ATU-dan Versus.Az-a verilən məlumata görə, əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası çəpər defekti, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb.

 

Əməliyyatı icra edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq ürək cərrahı Ramal Həsənov bildirib ki, bu qüsur hələ uşaq ana bətnində ikən ürək çəpərinin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması səbəbindən yaranır:

 

“Uşaq doğulduqdan sonra Pediatrik kardioloqumuz dr.Elşən Rzayevin nəzarəti altında olub. Uşaq medikamentoz müalicə ilə 10 aya qədər təqibimizdə saxlandıqdan sonra artıq ürək boşluqlarında genişlənmənin başlanması, təngənəfəslik və çəki ala bilməməsi səbəbindən əməliyyat qərarı verdik”.

 

Bütün zəruri müayinələr icra edildikdən sonra Anesteziologiya şöbəsinin müdiri dr. Cavid Paşayev tərəfindən uşaq əməliyyat üçün hazırlanıb.

 

2 saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və aortaya yerləşdirdiyimiz pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qanı süni ürək-ağciyər aparatına verilib və oksigenlənmiş qan geri qaytarılıb:

 

“Uşağın bədən temperaturunu 32 dərəcəyədək soyudub, ürəyi dayandırdıq. Ürəyin sağ qulaqcığında kiçik bir kəsik edərək hər 3 defekti buradan bioloji material vasitəsilə bərpa etdikdən sonra ürəyi yenidən çalışdırmağa başladıq. Uşağı süni ürək-ağciyər aparatından ayırdıq və əməliyyatı başa çatdırdıq. Reanimasiyada 1 gecəlik təqibdən sonra 3 gün palata şəraitində izlədik. 4-cü postoperativ gün evə buraxdıq. Bu əməliyyatı icra etməkdə mənə dəstək olan başda şöbə müdirimiz Mirəli Məcidova, ürək-damar cərrahı Elçin İsmayılova və peşəkar orta tibb personalı heyətimizə təşəkkürümü bildirirəm”.

 

Həkim ürək qüsurlarından xəbər verən bəzi əlamətlərə - göyərmə, təngənəfəslik, yenidoğulmuşlarda qidalanma çətinliyi, çəki ala bilməmək kimi əlamətlərə sahib olan uşaqlara ciddi yanaşmağı və pediatrik kardioloji müayinədən keçirməyi məsləhət görür. Bəzi ürək qüsurları simptomsuz keçsə də, bir müddət sonra ürək çatışmazlığı əlamətləri ilə qarşımıza çıxır.

 

Odur ki, bütün uşaqların (xüsusilə də sindromlu olanların) doğulduqdan sonrakı ilk günlərdə pediatrik kardioloqun müayinəsindən keçməsi zəruridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda möhtəşəm Şimali Kipr günü

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

17 noyabır bizə nə verdi?

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

“İndi özünü meydan lideri sayan çoxdur, amma faktiki olaraq biz iki nəfər idik”

Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

Bütün növ pensiyalar artırılacaq