Son 10 ilin ən isti oktyabrı

11:32 23-10-2018 | icon 54 | Gündəm
Son 10 ilin ən isti oktyabrı

Azərbaycanda son 10 ilin ən isti oktyabrı müşahidə edilir.

 

Versus.Az Trend-ə istinadan xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, hazırkı isti hava şəraiti Azərbaycanda sonuncu dəfə 2006-2007-ci illərin oktyabr ayında müşahidə edilib:

 

"Həmin ildə də oktyabrda havanın temperaturu demək olar ki, builki həddə olub".

 

Mütəxəssis hazırda mülayim hava şəraitinin müşahidə edilməsinin səbəbini ölkə ərazisində cənub istiqamətli hava kütlələrinin hakim olması ilə izah edib:

 

"Oktyabr ayının əvvəllərində də belə bir proqnoz verildi ki, bu ay orta temperatur normadan 1-2 dərəcə yüksək olacaq. Belə hava şəraiti təqribən oktyabrın 26-27-dək davam edəcək. Hazırkı mülayim hava şəraiti oktyabr üçün səciyyəvi deyil".

 

Qeyd edək ki, Azərbaycanda ötən həftənin sonlarından isti hava şəraiti müşahidə edilir.

Sinoptiklərin verdiyi məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 21-24, rayonlarda 22-27 dərəcə isti olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tehrandan gələn həkimlər danışdılar - VİDEO

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

Şəhid Milli Qəhrəman İsrafil Şahverdiyev anıldı

Davay, bozbaşını bişir...

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

Məşhur professorun resepti

"SƏS Media Qrupu ölkədə ilk internet televiziyalarının qurucularındandır"

Bələdiyyə sədrləri Bosniya və Herseqovinada səfərdə olublar

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

Radikal dini qruplar olduqca təhlükəlidir

Tualetdə mobil telefon istifadə edənlərə xəbərdarlıq 

Qarabağa qanunsuz turizm təbliğatı  və arzuolunmaz qonaqlar 

Atəşkəs 28 dəfə pozulub