Bu günün anomal havasından qorunun

09:36 25-10-2018 | icon 103 | Gündəm
Bu günün anomal havasından qorunun

Bu gün Bakıda və Abşeron yarımadasında anomal hava şəraiti müşahidə ediləcək, havanın temperaturu iqlim normasından 4-5 dərəcə yüksək olacaq.

 

Bunu Versus.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, bu gün cənub küləyinin əsməsi fonunda atmosfer təzyiqi aşağı enəcək.

 

Sabah isə atmosfer təzyiqinin qısa müddət ərzində kəskin tərəddüdü gözlənilir ki, belə tərəddüdlər də insan orqanizmi, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən meteohəssas insanlar üçün çox zərərlidir.

U.Tağıyeva qeyd edib ki, oktyabrın 26-dan ölkə üzrə havanın temperaturu bu günlə müqayisədə 10-12 dərəcə enəcək.

 

Artıq sabah səhər saatlarından başlayaraq, ölkə ərazisinə soyuq hava kütləsinin daxil olduğu hiss ediləcək. Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək. Güclü külək oktyabrın 27-si səhərədək davam edəcək. Oktyabrın 27-də isə külək səngiyəcək, hava şəraitini nisbətən yüksək atmosfer təzyiqi təyin edəcək. Belə hava şəraiti isə meteohəssas insanlar üçün əlverişli olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır