Spirtli içkilərimiz Varşavada nümayiş olunub

14:01 25-10-2018 | icon 71 | İqtisadiyyat
Spirtli içkilərimiz Varşavada nümayiş olunub

Polşanın paytaxtı Varşavada “Whisky Live Warsaw” Festivalı keçirilib.

 

İqtisadiyyat Nazirliyindən Versus.Az-a verilən məlumata görə, nazirliyin və AZPROMO-nun dəstəyi, Azərbaycanın Polşadakı səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Aparatının təşkilatçılığı ilə Azərbaycan istehsalı olan spirtli içkilər “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

 

Festival zamanı ən çox ziyarət edilən stendlərdən olan Azərbaycan stendində nümayiş olunan şərablar və müxtəlif növ meyvə araqları, brendilər, viskilər qonaqlar tərəfindən maraqla qarşılanıb.

 

Sərginin açılışında Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev çıxış edərək, “Whisky Live Warsaw” Festivalının Azərbaycan məhsullarının tanıdılması, potensial alıcılarla əlaqələrin qurulması baxımından önəmini vurğulayıb.

 

Qeyd edək ki, 2000-ci ildən müxtəlif ölkələrdə keçirilən “Whisky Live” Festivalında dünyanın müxtəlif ölkələrindən olan spirtli içki istehsalçıları öz məhsullarını nümayiş etdirirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

"Soros uşaqları" Bakını hədələmək istədilər"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

AĞLAMA, QƏRƏNFİLİM…

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək

AXCP-çilər Şəhidlər Xiyabanını ziyarət ediblər

Yumurta İnstagram-da rekord vurdu

“Azərenerji” xüsusi rejimdə işləyəcək

Küləyin uçurduğu dayanacaq