Yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlanıb

13:04 29-10-2018 | icon 32 | Gündəm
Yeni çəkilən yolda qədim tikinti qalıqları aşkarlanıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinədək yeni çəkilən avtomobil yolunun “Şabran şəhəri” Tarixi Qoruğunun ərazisinə düşən hissəsində XI-XV əsrlərə aid tikinti qalıqları və maddi mədəniyyət nümunələri aşkarlanıb.

 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Versus.Az-a verilən məlumata görə, həmin ərazidə sentyabr və oktyabr ayının əvvəllərində aparılan arxeoloji qazıntı işlərinin əsas məqsədi burada əhəmiyyətli memarlıq abidələrinin, tikililərin olub-olmadığını yoxlamaq, eyni zamanda, qədim şəhərin sərhədlərini müəyyənləşdirməkdir.

 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinədək çəkilməkdə olan yolunun “Şabran şəhəri” Tarixi Qoruğunun ərazisinə düşən hissəsindəki ərazi boyu arxeoloji qazıntı altı kvadrat qoyulmaqla aparılıb. İlkin tədqiqatlar nəticəsində çay daşları ilə döşənmiş küçələr, bişmiş kərpic və çay daşlarından hörülmüş divar qalıqları aşkar olunub. Eyni zamanda, kvadratlardan birində bir neçə təndir aşkar olunduğu üçün buranın təndirxana olduğu ehtimal edilir. Ərazidən, eyni zamanda kəhriz olması ehtimal edilən bişmiş kərpicdən ibarət tikili qalığı də üzə çıxarılıb. Qazıntı ərazisindən su borusu yerləri, çoxlu sayda qırmızı, yaşıl və göy rəngli qablar, xeyli sayda metaldan hazırlanmış silahlar, bəzək əşyaları və s. tapılıb. Kvadratlardan birində arxeoloji qazıntı 4 metr dərinliyə qədər aparılıb və mədəni təbəqənin davam etdiyi müəyyən olunub.

 

Aşkar olunmuş tikinti qalıqları və maddi mədəniyyət nümunələri ilkin tədqiqatlara əsasən XI-XV əsrlərə aid edilib.

 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun bildirdiyinə görə, “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar Şirvanşahlar dövlətinin, bütövlükdə isə, Azərbaycan tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda möhtəşəm Şimali Kipr günü

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

17 noyabır bizə nə verdi?

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

“İndi özünü meydan lideri sayan çoxdur, amma faktiki olaraq biz iki nəfər idik”

Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

Bütün növ pensiyalar artırılacaq