Qənirə Paşayevanın təklifləri dəstəkləndi

13:43 29-10-2018 | icon 195 | Cəmiyyət
Qənirə Paşayevanın təklifləri dəstəkləndi

 

Kırıkkaledə Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsi açılacaq

 

 

“Azərbaycan-Türkiyə əlaqələri və Qarabağ problemi” adlı konfransda iştirak etmək üçün Türkiyənin Kırıkkale vilayətində səfərdə olan millət vəkili Qənirə Paşayeva Kırıkkale bələdiyyə başqanı Mehmet Saygılı və Kırıkkale valisi M.İlker Haktankaçmaz ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, Qənirə Paşayeva Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb. Millət vəkili Kırıkkalenin mərkəzi parklarından birinə Qarabağ adının verilməsi və Şəhidlər abidəsinin açılması təklifini irəli sürüb və Kırıkkale bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən, daşnak erməni dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətində dəstəyə gəlməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında Kırıkkaledən də olan dədələrimizdən  danışan Q.Paşayeva onların adları qeyd edilən xatirə lövhələrinin Qarabağ parkında və Şəhidlər Abidəsində qoyulmasının gənc nəsillərimizə onların daha geniş tanıdılmasının vacibliyindən danışıb.

 

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, “qədim Kırıkkalenin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik” deyib.

 

Kırıkkale bələdiyyə başçısı Mehmet Saygılı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduqlarını vurğulayıb. Eyni zamanda, millət vəkili Qənirə Paşayevanın Kırıkkaledə Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təklifini müsbət qiymətləndirdiyini bildirərək, bu təklifə baxılacağını deyib. Mehmet Saygılı yaxın zamanlarda Kırıkkaleda Qarabağ parkının və Şəhidlər abidəsinin açılacağını, həmin açılış mərasimlərində Qənirə Paşayevanı görməyə çox şad olacaqlarını vurğulayıb.

 

Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu vurğuladı.

 

Azərbaycanı çox sevdiyini deyən Kırıkkale bələdiyyə başqanı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı geniş müzakirələr olub. Kırıkkale  bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Mehmet Saygılı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

 

Q.Paşayeva eyni zamanda Kırıkkale valisi M.İlker Haktankaçmaz ilə də görüşüb. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Azərbaycanla Kırıkale arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.

 

Kırıkkale valisi M.İlker Haktankaçmaz ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycanı, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətlərini, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərlə çıxış edib.

 

Q.Paşayevanın fikirlərini dəstəkləyən vali bu məsələyə Kırıkkaledə bundan sonra xüsusi diqqət göstəriləcəyini deyib. O, Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

 

Kırıkkale valisinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən Q.Paşayeva onu Azərbaycana dəvət edib. M.İlker Haktankaçmaz  Azərbaycana mütləq səfər edəcəyini bildirib.

 

Qeyd edək ki, görüşlərdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova da iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

"Soros uşaqları" Bakını hədələmək istədilər"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

AĞLAMA, QƏRƏNFİLİM…

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək

AXCP-çilər Şəhidlər Xiyabanını ziyarət ediblər

Yumurta İnstagram-da rekord vurdu

“Azərenerji” xüsusi rejimdə işləyəcək

Küləyin uçurduğu dayanacaq