“Baku Open Cyber Cup” turniri keçirildi

14:38 29-10-2018 | icon 41 | İdman
“Baku Open Cyber Cup” turniri keçirildi

"İnnovasiya həftəsi" çərçivəsində "Baku Open Cyber Cup" kiber idman turniri təşkil edilib.

 

Versus.Az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və "Microsoft Azerbaijan" şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçirilən turnirdə "Xbox" platformasında iki oyun növü "FIFA 19", "Mortal Kombat" üzrə yarışlar olub.

 

Turnirdə 15 yaşdan yuxarı şəxslər iştirak edib.

Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı Heydər Əliyev Mərkəzində keçirilən turnirdə öz gücünü sınayıb. Olimpiya sistemi üzrə keçirilən oyunlardan sonra qaliblər müəyyənləşdirilib.

Belə ki, “FİFA 19” yarışının qalibi Novruzov Seymur Hüseyn oğlu olub. Quluzadə Süleyman Nəriman oğlu II, Çıraqlı Məmməd Anar oğlu isə III yerə layiq görülüb.

 

"Mortal Kombat" yarışının qalibi Mirzəyev Emil Yasər oğlu olub. Qənbərli Vüsal Namiq oğlu II, Hüseyn Orxan Samir oğlu III yeri tutub.

Yarışın qalibləri pul mükafatı ilə təltif edilib. 

 

Turnir çərçivəsində Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən “Robofutbol” yarışları da təşkil olunub.

 

Robotexnikanın real imkanlarını nümayiş etdirməklə yeniyetmə və gənclərdə elm-texnikaya maraq oyadılmasına xidmət edən turnirdə seçilmiş ümumtəhsil məktəblərinin komandaları onlara məxsus robotlarla iştirak edib.

 

Qeyd edək ki, robotlar 22 santimetrədək hündürlüyə və 1 kiloqram çəkiyə malik olublar. Eyni zamanda, robotlar yalnız “leqo” parçalarından istifadə edilərək hazırlanıb.

 

Qaydaya görə, komandada iştirakçıların sayı 2 və ya 3 nəfər olub. Komandaların hər biri iki avtonom robotla yarışıb. Bu robotlar “Dünya Robot Olimpiadası” standartlarına uyğun masada infraqırmızı şüalar ötürən topu təqib edərək rəqib komandanın qapısından keçiriblər.

 

Oyunların hər biri 5 dəqiqə olmaqla, iki hissədən ibarət olub. Final oyunu 10 dəqiqəlik müddəti əhatə edib. Komandalar final mərhələsinə keçmək üçün əvvəlcə qrup mərhələsini adlayıblar. Qrupda hər qalibiyyət 3 xal, bərabərlik 1, məğlubiyyət isə 0 xalla qiymətləndirilib.

Beləliklə, böyüklər arasında “Robofutbol”turnirinin qalibləri “Robotman” komandasından Nağızadə Rüstəm və Səfərov Tural olub. II yerə “Dünya məktəbi” komandasının üzvləri Elçin Quliyev, Heydər Əliyev, Rəsul Nəbili layiq görülüb. III yeri “Golden Ring” komandasının üzvləri Ləzgiyev Hacı və İsmayılov Cavid tutub.

Kiçik yaşlılar üçün “Robofutbol” turnirinin qalibləri də müəyyənləşdirilib. “Humonoid” komandasının üzvləri İsmayılov Namiq, Sklyar Rəsul və Əliyev Ayxan birincilik uğrunda mübarizədə qalib gəlib. II yeri “Transformer” komandasının üzvləri Seyidəli Mirmətin, Məmmədov İlham, Şəmşirli Zəhra tutub. Turnirin üçüncüsü “Droqan” komandasının üzvləri Əlixanbəyli Amin, Miriyev Məhəmməd, Əliyev Məhəmməd olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə ilə SİYASİ NƏRD oyunu - LAYİHƏ

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

Partiya lideri xalqı təbrik edib

Bütün növ pensiyalar artırılacaq

“Açıq qapı günü” və andiçmə mərasimi keçirilib

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Sabah axşamdan hava dəyişəcək