Məktəblərdə yeni qayda

15:36 29-10-2018 | icon 66 | Gündəm
Məktəblərdə yeni qayda

Azərbaycanda təhsil müəssisələrində psixoloji müayinələrin aparılması qaydası müəyyən edilib.

 

Versus.Az xəbər verir ki, yeni hazırlanan “Psixoloji yardım haqqında” qanun layihəsinə əsasən, təhsil müəssisələrində psixoloji müayinə təhsilalanın ehtiyaclarını müəyyənləşdirmək məqsədilə aparılır və onun maraqları ilə ziddiyyət təşkil edə bilməz.

Psixoloji müayinə təhlükəsizliyi və konfidensiallığı təmin edən şəraitdə həyata keçirilməlidir.

 

Təhsil müəssisələrində aparılan psixoloji müayinələrin nəticələri müayinə olunan şəxsin özünə və ya onun qanuni nümayəndəsinə verilir. 14 yaşına çatmayanlar barəsində müayinənin nəticələri yalnız qanuni nümayəndənin razılığı olduqda, 14 yaşı tamam olmuş şəxslər barəsində isə yalnız qanuni nümayəndənin, yaxud özünün razılığı olduqda bilavasitə tədrisi həyata keçirən müəllimə, təhsil müəssisəsinin rəhbərinə təqdim edilir.

 

Psixoloji müayinələrin nəticələri təhsilalanın valideynləri (və ya digər qanuni nümayəndələri) ilə müzakirə olunmalı və sonrakı tədbirlər üçün onlardan icazə alınmalıdır.

 

Qeyd edək ki, “Psixoloji yardım haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda möhtəşəm Şimali Kipr günü

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

17 noyabır bizə nə verdi?

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

“İndi özünü meydan lideri sayan çoxdur, amma faktiki olaraq biz iki nəfər idik”

Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

Bütün növ pensiyalar artırılacaq