Azərbaycanda ilk dəfə

08:41 02-11-2018 | icon 22 | Mədəniyyət
Azərbaycanda ilk dəfə

Azərbaycanda ilk dəfə noyabr ayının 7-8-də Azərbaycan Televiziyası Mədəniyyət Kanalı, Azərbaycan Radiosu, Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi “Azərbaycan Orqan Musiqisi Festivalı” baş tutacaq.

 

Versus.Az xəbər verir ki, festival Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcək.

 

Azərbaycan Televiziyası Mədəniyyət kanalının yeni layihəsi olan “Azərbaycan Orqan Musiqisi Festivalı”nın da noyabrın 7-si saat 12:00 - da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan orqan sənətinin inkişafı yolu” mövzusunda (1900-2018) elmi konfrans, noyabırın 7-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Azərbaycan orqan musiqisindən ibarət konsert keçiriləcək. Noyabrın 8-də saat 19:00-da Kamera və Orqan Musiqi Zalında Avropa orqan musiqisindən ibarət festival yekunlaşacaq.

 

Festival boyu musiqisevərləri maraqlı orqan musiqisi proqramı gözləyir. Belə ki, konsertlərdə Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək. Proqramda Nazim Əliverdibəyov, Qara Qarayev, Vasif Adıgözləv, Fərhad Bədəlbəyli, Rüfət Ramazanov, İohan Sebastyan Bax, Ejen Jiqo, Lui Nikola Klerambo, Iohan Paxelbel, Feliks Mendelson, Qeorq Fridrix Hendel, Astop Pyatsolla və digərlərinin əsərlərini Azərbaycan musiqiçiləri ifa edəcəklər. Festivalda təqdim olunacaq musiqi nömrələrin daha bir maraqlı cəhəti də ondan ibarətdir ki, orqanla birgə milli musiqi alətəmiz tarda da ifa olunacaq. Xənandə və vokalçılar da səhnədə yer alacaqlar.

 

Festivalın bədii rəhbəri Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru Ramil Qasımov layihəylə bağlı qeyd edib ki, Azərbaycan akademik musiqisi dərin tarixə malikdir. Azərbaycanda orqan musiqi məktəbi qısa zaman kəsiyində bu sənətə çox böyük peşəkarlıqla yiyələnib və bu gün də dünya səviyyəsində musiqiçilər yetişdirməkdədir. Azərbaycan Televiziyası zəngin Azərbaycan Mədəniyyətinin dünyaya carçısı kimi hər zaman bu kimi layihələrin ərsəyə gəlməsində böyük rol oynayır. Musiqi tariximizin bir daha yenilənməsində, gənc musiqiçilərin geniş kütləyə təqdim olunmasında yaxından iştirak edir.

 

Azərbaycanda bütün sahələrdə olduğu kimi dövlətimiz tərəfindən mədəniyyətimizə göstərilən diqqət və qayğı əvəzsizdir. Dövlət Akademik Filarmoniyasının Orqan Musiqisi Zalının 2010-cu ildə əsaslı təmiri ölkə rəhbərliyi tərəfindən klassik sənətə verilən dəyərdir. Mədəniyyət işçiləri hər zaman bu dəyərə görə minnətdarlıqlarını bildirirlər. Düşünürəm ki, bu Festival orqan ifaçılarına və orqan musiqisevənlərə böyük bir töhfə olacaq.

 

Qeyd edək ki, festivalın bədii rəhbəri Mədəniyyət kanalının direktoru Ramil Qasımov, musiqi redaktoru Riad Quliyev, konsert proqramının rəhbəri Tahirə Yaqubova, konsert proqramının tərtibatçısı Səbinə Bəylərbəyova, koordinatoru Mələk Vəlizadədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə ilə SİYASİ NƏRD oyunu - LAYİHƏ

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

Partiya lideri xalqı təbrik edib

Bütün növ pensiyalar artırılacaq

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

“Açıq qapı günü” və andiçmə mərasimi keçirilib

Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Sabah axşamdan hava dəyişəcək