Bəzi palçıq vulkanları süni şəkildə püskürüb

08:43 02-11-2018 | icon 49 | Cəmiyyət
Bəzi palçıq vulkanları süni şəkildə püskürüb

Palçıq vulkanlarının ətrafında aparılan qazıntı işləri onların süni şəkildə püskürməsinə səbəb olur.

 

Bunu Versus.Az-a AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda insan amili nəticəsində bəzi palçıq vulkanları süni şəkildə püskürüb:

 

"Məsələn, Ceyranbatan su anbarının yaxınlığındakı Keçəldağ vulkanı 2000-ci ildə püskürüb. Biz həmin tarixdən əvvəl bu vulkanın püskürmələrini qeydə almamışıq. Püskürmə ona görə baş verib ki, kraterin yanında boru xəttinin çəkilməsi zamanı qazıntı işləri aparılıb, eyni zamanda, vulkanın krater sahəsi eroziya ilə yuyulub. Bütün bu səbəblər nəticəsində vulkan oyanıb. Biz hesab edirik ki, həmin vulkanın püskürməsi süni püskürmə olub”.

 

A.Əliyev qeyd edib ki, 2001-ci ildə Lökbatan vulkanının kraterinin yanında aparılan qazıntı işləri də həmin vulkanın güclü şəkildə süni püskürməsinə səbəb olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

"Soros uşaqları" Bakını hədələmək istədilər"

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Kitabələri dinləndirən qadın

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək