Nazirin atası: Elmar filoloq deyil, xarici işlər naziridir

20:14 02-11-2018 | icon 136 | Gündəm
Nazirin atası: Elmar filoloq deyil, xarici işlər naziridir

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.

 

Belə ki, nazir Elmar Məmmədyarovun ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.

Nazir ciddi tənqidlərə tuş gəlib. Həm sosial şəbəkə istifadəçiləri, həm də bəzi deputatlar Elmar Məmmədyarovu Azərbaycan dilini təmiz bilməməkdə qınayıblar.

 

Versus.Az xəbər verir ki, Modern.az saytı geniş diskussiyalara səbəb olan məsələ ilə bağlı xarici işlər naziri Elmar Məmmədyarovun atası akademik Məhərrəm Məmmədyarovla əlaqə saxlayıb.

Nazirin atası saytımıza açıqlamasında deyib ki, oğluna qarşı bu cür qarayaxma aparmaq olmaz:

 

“Ataların bir sözü var. “Hər gözəlin bir eybi olar”. Əsas odur ki, Elmar vətənpərvər insandır. Bəzi adamlar belə insanları qaralamaqla məşğuldur. Olmaz belə! Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki!”.
 

Məhərrəm Məmmədyarov Elmar Məmmədyarovun rus dilində təhsil aldığını söyləsə də, Azərbaycan dilində danışa bildiyini də vurğulayıb:

“Elmar Sovet dövründə rus dilində təhsil alıb. Daha sonra digər xarici dilləri də öyrənib. Cavanlarımız nə qədər çox dil bilərsə, bu, millətin ucalığıdır. Elə danışırsız ki, guya, Elmar heç öz ana dilini bilmir. Əlbəttə bilir. O, mənimlə Azərbaycan dilində danışır. Düzdür, Azərbaycan dilini bədii ifadələrlə zənginləşdirib danışmır. Amma istənilən mövzuda öz dilimizdə danışır. Sadəcə, filoloqlar kimi səlis danışmır. Elmar filoloq deyil, xarici işlər naziridir. Onun haqqında yanlış fikir söyləyənlər vətənpərvər insanlar deyil. Öncə Azərbaycanın xarici siyasətinə baxın. Orada səhv varsa, onu düzəltsin”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar