Bu xəstələr dərmanlarını elektron reseptlərlə alacaqlar

09:38 05-11-2018 | icon 80 | Sağlamlıq
Bu xəstələr dərmanlarını elektron reseptlərlə alacaqlar

Azərbaycanda bütün şəkərli diabet, hemofiliya, xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası aparılmış xəstələr dərman preparatlarını elektron reseptlərlə alacaqlar.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, dərmanların elektron reseptlərlə verilməsi dərman ehtiyatının proqnozlaşdırılmasına, onların dövriyyəsinə nəzarətin təmininə imkan verəcək:

 

"Bu, eyni zamanda, imkan verəcək ki, regionlardakı xəstələr bir çox dövlət proqramları üzrə dərmanların alınması üçün Bakıya gəlməsinlər. Dərmanlar elə bölgələrdəki xəstəxanalardan xəstələrə paylanılsın”.

 

N.Seyidov qeyd edib ki, elektron reseptlər daha sonra xəstələrin vahid sağlamlıq kartlarına köçürüləcək:

 

“Xəstə həmin kartları apteklərə təqdim edəcək, yaxud aptekdə öz ad-soyadlarını bildirməklə dərman ala biləcəklər, çünki sistemdə artıq onların adları qeyd ediləcək. Aptek işçiləri elektron sistemdə xəstəyə hansı dərmanların və hansı həkim tərəfindən yazıldığını görəcəklər. Dərmanlar verildikdən sonra isə sistemə xəstənin artıq dərmanla təmin edildiyini göstərən məlumat daxil ediləcək. Bu da imkan verir ki, xəstələrə verilən dərmanlara mərkəzləşdirilmiş qaydada tam nəzarət edilsin”.

 

Elektron reseptlərin tətbiqinin həm xəstələrin, həm də həkimlərin işini asanlaşdıracağını söyləyən N.Seyidov qeyd edib ki, artıq Bakı şəhəri üzrə qeydiyyatda olan 75 min şəkərli diabet xəstəsi vahid sağlamlıq kartı ilə təmin edilərək elektron reseptlərlə dərman ala bilirlər. Gələn ilin yanvarından isə regionlardakı şəkərli diabet xəstələri kartla təmin ediləcək və elektron reseptlərlə dərman alacaqlar. Hemofiliya, böyrək çatışmazlığı və böyrək transplantasiyası aparılmış xəstələr isə gələn ilin yanvar-fevral ayının sonunadək kartlarla təmin ediləcəklər:

 

“Lakin ona qədər elektron sistem fəaliyyət göstərəcək. Planlaşdırmışıq ki, dekabrın 1-dən başlayaraq, bütün ölkə üzrə hemofiliya və böyrək çatışmazlığı xəstələr dərmanları mərkəzləşdirilmiş qaydada elektron reseptlərlə alsınlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

Bulvara giriş bağlanır