30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub

11:34 06-11-2018 | icon 40 | Cəmiyyət
30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub

"Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub".

 

Versus.Az xəbər verir ki, bunu “Azərxalça” ASC-nin Ağdam filialının açılışında iştirak edən Prezident İlham Əliyev xalçaçılarla görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib:

 

"Sizi bu gözəl xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Bu, sayca yeddinci fabrikdir. Proqramımızda Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub, yeddincisi bu gün açılır. Çox şadam ki, biz Ağdam rayonunda buna nail ola bilmişik. Burada sizin üçün gözəl şərait, 150 iş yeri yaradılıb, işləyənlər də qadınlardır. Siz həm gözəl sənətimizi yaşadırsınız, həm də gözəl əsərlər yaradırsınız. Bu işlərə gənc qızlarımızı cəlb edirsiniz. Sizin fəaliyyətiniz çox yüksək qiymətə layiqdir".

 

İlham Əliyev bildirib ki, Ağdamın qədim xalçaçılıq məktəbi var:

 

"Burada qədim xalçalar da nümayiş etdirilir. İndi sizin də əl işləriniz göz qabağındadır. Ona görə ki, xalça sənəti milli sənətimizdir, milli sərvətimizdir. Biz yaşadırıq, yaşadacağıq. Sizin kimi insanlar, əlbəttə ki, bu gözəl sənəti əbədi yaşadacaqlar. Sizi ürəkdən təbrik edirəm".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, minlərlə insana ikinci “doğum günü” bəxş edib

“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

“Söyüş, təhqir zəifliyin, arqumentsizliyin əlamətidir” - MÜSAHİBƏ

Rufiz Qonaqov Qazaxıstan səfiri ilə görüşüb

"Məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək"

“Dövlət büdcəsini səmərəsiz istifadə edən lazımsız qurumlar var”

"Soros uşaqları" Bakını hədələmək istədilər"

Samir Adıgözəlli yeni Siyasi Mərkəzin rəhbəri oldu

Milli Şuranın bu addımı duyğu sümürgəçiliyidir

"Müasir dünyada müsəlman ölkəsinin lideri olmaq çətindir"

Ermənistandan idxal olunan balıqda siçan zəhəri tapıldı

Həcc ziyarətinin qiyməti bahalaşa bilər

"Seçki müddətində erməni konyakının təsiri altında olurlar"

Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək

Kitabələri dinləndirən qadın