Partiya sədrləri dövlət bayrağı günü ərəfəsində görüşdülər

18:14 07-11-2018 | icon 59 | Siyasət
Partiya sədrləri dövlət bayrağı günü ərəfəsində görüşdülər

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan dövlət bayrağının təsdiq edilməsinin 100 illiyilə bağlı çağdaş Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri, Xalq Hərəkatı Partiyasının lideri Nəsir Ağayevlə görüşüb.

 

Versus.Az xəbər verir ki, ALDP sədri Dövlət bayrağı günü münasibətilə Nəsir Ağayevi tədbrik edib. Bildirib ki, "Gənc nəsil sizin kimi mübarizləri örnək seçməlidir”.

 

Partiya sədri 09 noyabr 1918-ci ildə ADR ilk baş nazir Fətali xan Xoyskinin Milli bayraq haqqında imzaladığı qərarın sürətini simvolik olaraq Nəsir Ağayevə təqdim edib.

 

Nəsir Ağayev ALDP sədrinə öz minnətdarlığını bildirərək, Azərbaycanın müstəqilliyi, Azərbaycan bayrağının yenidən dalğalanması və azadlığı uğrunda fəaliyyətindən qısa xatırlatma edib. Bildirib ki, dövlət bayrağını yüksəltmək, onu qorumaq, ona sədaqət nümayiş etdirmək hər bir azərbaycanlının borcudur:

"Bayraq dövlət atributlarından biri sayılır. Üç rəngli və müqəddəs saydığımız bayraq hər birimizin başımız üstündə olmalıdır. Bu bayraq, dövlət və dövlətçiliyimizin, müstəqilliyimizin qorunması uğrunda minlərlə şəhid vermişik. Dövlət atributlarımıza hörmət şəhid ruhuna hörmət deməkdir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə ilə SİYASİ NƏRD oyunu - LAYİHƏ

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

Partiya lideri xalqı təbrik edib

Bütün növ pensiyalar artırılacaq

“Açıq qapı günü” və andiçmə mərasimi keçirilib

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Sabah axşamdan hava dəyişəcək